19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

—Bəs deyirsən elə şey tapılacaq ki, adamlar ölməyəcək.

—Ona mənim yaşım çatmaz, bala. Onu tapanacan mən ölərəm.

Amma sən hələ balacasan. Bütün ömrün irəlidədir. Sən böyüyənə bir şey

tapılar. Mənim ömrümə az qalıb. Lap az…

Onlar gedirlər. Qəfildən Kamil qəbir daşlarının birinin üstündə

şəkil görür (məlum olduğu kimi Qobustan kəndlərinin birinin

qəbiristanlığında qəbir daşlarının üstündə şəkillər çəkilmişdir.

Samovar şəkli, at şəkli, tikiş maşınının şəkli və s.).

Kamil bu şəkillərə böyük maraqla baxır.

—Baba, bəs bunlar nədir?

Kərim:

—Bunlar şəkillərdir. Bizim kənddə belə adət var. Qəbir daşının

üstündə şəkil çəkirlər.

—Bəs bu nədir?

—Özün görmürsən? Atdır. Bu, Zülfüqar kişinin qəbiridir.

Rəhmətlik mehtər idi.

—Bəs bu nədir?

—Bu, çayçı Məmmədin qəbiridir. Görürsən, samovar çəkiblər.

—Bəs bu?

Bu, tikiş maşınıdır. Bir zinger Sadıq vardı. Dərziydi. Paltar

tikərdi. Onun qəbridir.

Söhbət əsasında biz qəbir daşları üstündəki bu deyilən və başqa

şəkilləri görürük.

Ağca xalanın qəbri tərəfindən ağlaşma səsi güclənir. Qəbir

torpaqla doldurulub. Adamlar dağılışır.

Kamil:

—Baba, bəs Ağca nənənin qəbrində nə çəkəcəklər?

—Nə bilim, ay balam. Bəlkə çörək çəkdilər. Axı o çörək

bişirirdi. Torpağı sanı yaşasın, yaxşı arvad idi.

Kamillə Kərim baba qəbirlərin arasıyla gedirlər.

Kamil:

—(Şəkilsiz qəbir daşını göstərir) baba, bəs burda niyə heç nə

çəkilməyib?

Şəkilsiz qəbir daşları… Biri, ikisi, üçü, dördü…

Kərim:

—Yəqin bu elə adamların qəbiridir ki, onlar belə bir iş görməyib.

Onların heç bir işi heç kəsin yadında qalmayıb. Yaşayıblar, ölüblər,

vəssəlam, heç kəs də yadına sala bilməyib ki, axı bunlar neyləyib.

20

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!