19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

—Tez olun, tez olun, yükləri açın — deyirdi. Tacirlər titrəyətitrəyə

yükləri açmağa başladılar.

Təpəgöz bahalı mallara — ipək parçalara, qızıl-gümüşə, bahalı daşqaşa,

ləl-cəvahirata, yaraq-yasağa baxıb ağzı sulanırdı.

—Bəh-bəh, — deyə bəzəkli qılıncı əlinə götürdü, — bu gözəl

qılıncı ki, gətirmisiniz, gərək öz başınızı bu qılıncla kəsəm.

Tacirlərin gətirdikləri ərməğanlar içində bir Boz ayğır da vardı.

O, indi dəvələrin yanında mağaranın ağzında idi. Cavan tacir

quldurun gözünü oğurlayıb mağaradan çıxdı, cəld Boz ayğırın belinə

sıçrayıb çapmağa başladı. Qoynu qanla dolmuşdu.

...Bəyburanın oğlu Qaraca Çobanla görüşüb ayrıldı, atını çapıb

dağdan arana düşdü, düzəngaha çıxdı.

Cavan bəzirgan az çapdı, çox çapdı, gəlib həmin düzəngaha çatdı,

Bəyburanın oğlunu gördü, özünü ona yetirdi, salam verdi. Onun üzü

al-qan içində idi. Bəyburanın oğlu:

—Hey qocaq, — dedi, — kimsən, haradan gəlirsən, kim səni

qanına qəltan eləyib?

Cavan bəzirgan:

—İgid, — dedi, — tacirik, neçə ildir böyük qardaşlarımla bu

eldən getmişdik. Uzaq-uzaq elləri gəzdik, bahalı mallar aldıq. Dəmir

qapı Dərbənd yanında, Qanlı Dərədə heybətli bir quldur yolumuzu

kəsdi, gövdəsi adamdır, amma təpəsində bir gözü var. Malımızı,

rizqimizi aldı, dedi canınızı da alasıyam. Qulağımı dişlədi, uddu,

qardaşlarımı əsir saxladı, mən qaçdım, sənə gəldim. İgid, mədət qıl!

Oğlan atını mahmızladı:

—Düş qabağa, yol göstər, — dedi.

Tacir:

—İgid, — dedi, — amma quldur zor quldurdur. Bəlkə geri

dönəsən. Qaraca başını kəsdirməyəsən, alca qanını şorlatmayasan.

Ağ saqqallı babanı, ağ birçəkli ananı, "oğul, oğul" deyib

ağlatmayasan.

Oğlan:

—Bu sözü sən mənə deməməli idin, çünki dedin, əlbəttə

gedəcəm. Başıma qaxınc, üzümə toxunc olmasın. Neylək? Ölsəm yer

bəyənər, qalsam el bəyənər.

Onlar Qanlı Dərəyə gəlib çıxdılar. Oğlan dərənin dibindən

Təpəgözü səslədi:

68

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!