19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

üzüyünü çıxardı, qızın barmağına keçirdi.

—Aramızda bu nişan olsun, xanım, — dedi.

Qız: — Çünki belə oldu, indi qabağa düşmək gərək, igid — dedi.

Beyrək:

—Nola, xanım, — dedi. — Baş üstə. Banıçiçək yerdən bir dəstə

ot dərib Beyrəyə uzatdı: — Al, — dedi — yovşandır. Bunu iyləyib

məni yada sal…

...Beyrək atını mahmızladı, çapdı, Banıçiçək onun ardınca

baxdı…

...Beyrək atın belində qanadlanıb yel kimi uçdu, sevincindən onun

gözləri parıldayırdı.

Beyrək öz-özünə oxuyurdu:

İncə donlum, yer basmayıb yeriyən!

Başım baxtı, evim taxtı!

Evdən çıxıb yuruyəndə sərv boylum!

Badam yesə boylu görünən incə bellim!

Topuğunda sarmaşanda qara saçlım!

Qurulu yaya bənzər çatma qaşlım!

Qoşa badam sığmayan dar ağızlım!

Qar üzərinə qan dammış kimi al yanaqlım!

Sevgilim, gözəlim, adaxlım!..

Beyrək atası Bəyburanın qarşısında dayanmışdı.

Bəybura:

—Oğul, — dedi, — bu gün eldə, obada nə gordün?

—Nə görəcəm, əziz ata? Oğlu olan evləndirmiş, qızı olan

köçürmüş.

—Oğul, bəlkə səni də evləndirmək gərək?

—Bəli, əziz ata, evləndirmək gərək.

—Kimin qızını alaq sənə.

—Ata, mənə bir qız al ki, mən yerimdən durmadan o dursun, mən

atımı minmədən, o minsin.

—Oğul, sən qız istəməzsən, bir igid pəhləvan istərmişsən ki, onun

arxasında yeyəsən, içəsən, xoş keçəsən.

—Bəli, canım ata, elə istərəm. Bəs gedəsən bir cicibacı tərəkəmə

qızı alasan, yanından yel ötsə, qarnı yırtılsın?

—Oğul, onda qız tapmaq səndən, mal-rizq vermək məndən.

—Tapmışam, ata.

—Kimdir o?

76

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!