19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

SVAMİ VİVEKANANDANIN NİTQİ

Bütün miflərdən, bütün müqəddəs mətnlərdən bir şey aydın olur

ki, İnsan necə varsa elədir. Bu fikir Adəm və Həvva əfsanəsində də

ifadə olunub.

Ağıl da, bədən də daima dəyişir, amma əbədi ruh dəyişmir —

yalnız məhdud olan şey başqalaşa bilər. Mənim bədənim hərəkət edə

bilər, sizin bədəniniz hərəkət edə bilər, kainatın hər zərrəsi daima

hərəkətdədir, amma bütünlükdə kainat hərəkətsizdir. Hərəkət şərtidir,

mən masaya nisbətdə hərəkət edirəm, hər bir atom başqa atomlara

nisbətdə hərəkət edir. Bəs sonsuz kainat tam halında nəyə nisbətdə

hərəkət edə bilər?

Ancaq öz həyatını dünyanın həyatıyla, başqalarının həyatıyla

üzvüləşdirən yaşayır. Bədənimizi həyatımızın mərkəzi sayanda, cılız

maraqlarımızla yaşayanda, biz yaşamırıq, ölürük.

Ölüm qorxusunu da o zaman duyuruq.

İnsan ölüm xofuna yalnız o zaman qalib gələ bilər ki, aydın bir

həqiqəti dərk etsin: nə qədər ki, bü dünyada ən azı bir insan yaşayır,

o, özü də yaşayır.

Bütün dəyişikliklərdə pis adam yaxşı, heyvan insan olur və s. Ruh

isə dəyişmir. Dünya dəyişir. Ruh isə təcəlli olunur.

Niyə görə hər bir xalq, cəmiyyətin hər hansa bir vəziyyətində

İnsan kamilliyin ideal təcəssümünü həm Allahda, həm İnsanda

arayır. Ona görə ki, bütün ali cəhətlər insanda da var. Bu sizin

ürəyinizdədir, amma siz bunu dərk etmirsiniz, elə düşünürsünüz ki,

bu sizdən dışarıda olan bir qüvvədir. Elə bir qüvvə ki, bəşəriyyətin

həyatını o idarə edir.

Şəfqət, insanlara məhəbbət dünyanın əsasıdır. "Mən" və dünya bir

vəhdətdir. Belə olmasaydı mən nəyə görə başqalarına yaxşılıq

edərdim? İnsanları xeyirxahlığa sövq edən qarşılıqlı rəğbət, birlik,

eyniyyət duyğularıdır. Hər bir insan onu da dərk edir ki, fədakarlıq

— mənəviyyatın təməlidir. Fədakarlıq isə hər bir ötəri təzahurlərdən

uzaq olmaqdır, özünəməftunluqdan uzaq olmaqdır, özünü ayrıca bir

fərd kimi deyil, insanlığın bir zərrəsi kimi qəbul etməkdir. "Mən"

anlayışı keçən dövrlərin aldanışlarındandır.

Həqiqət cəmiyyət qarısında baş əymir, cəmiyyət həqiqət

404

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!