19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

çoxu Hamletin "Olum ya ölüm" monoloqundan istifadə edir. Bu

uğurlu parçadır və mən məmnuniyyətlə intihar qabağı onu

oxuyardım, amma məsələ ondadır ki, özüm də faciələr yazmışam.

Məsələn elə ölməz "Əlmənsur" faciəsini. Orada da intihar edənlər

var və özümə düşmən deyiləm ki, öz yazılarım ola ola

başqasınınkini, lap elə qoy Şekspir olsun, sitat gətirim.

Amma hər halda intihardan qabaq monoloq söyləmək adəti xeyirli

işdir, heç olmasa beyninə çaxacağın güllənin vaxtını bir az

yubadırsan. Mən də ölüm qabağı hansı monoloqu söyləyəcəyimi

düşünərək San Jovannı küçəsinin tinində dayanmışdım və ölümə

məhkum olduğum məqamda qəfilcən Onu gördüm.

Əynində mavi ipək paltar, başında al qırmızı şlyapa vardı. Bir an

mənə baxdı, bu baxış ölümə qalib gələn və həyat bəxş edən baxış idi.

Bir baxışla məni ölümdən qurtardı və mən onun qarşısında sanki

yenidən doğulmuş kimi durdum. Gözəlliyi günəş işığıyla gözlərimi

qamaşdırdı, keçib getdi və məni həyata qaytardı.

Həyatımı qaytardı, mən yaşayıram, əsas da budur. Qoy başqaları

özlərinə təskinlik versin ki, sevgililəri məzarlarının üstünə çələng

qoyacaq və göz yaşı tökəcək.

Ah, qadınlar! Gülün mənə, ələ salın, rədd edin, amma həyatımı

əlimdən almayın. Həyat elə şıltaqcasına gözəl, yaşamaq elə şux

dəlilikdir ki…

Həyat sərxoş allahın yuxusudur. Bu allah allahlar ziyafətindən

ayrılıb hansısa tənha ulduzda uzanıb uyuyur. Özü də bilmir ki, bu an

gördüyü yuxularla bir dünya yaradır. Bu dünya əlvan və qəribədir.

İliada, Əflatun, Marafon döyüşü, Musa, Venera, Strasburq kilsəsi,

fransız inqilabı, Hegel, gəmilər və s. Allahın yaradıcı yuxusunda

ayrı-ayrı maraqlı fikirlərdir. Amma məqam gələndə Allah oyanacaq,

yuxulu gözlərini ovuşduracaq, gülümsünəcək və o zaman bizim

dünya izsiz-soraqsız əriyib gedəcək. Heç olmayıbmış kimi.

Amma mənim nə işimə. Mən ki, indi yaşayıram. Əgər mən

kiminsə yuxusunun bir obrazıyamsa, hər halda bu da soyuq, qaranlıq,

nəfəssiz ölüm yoxluğundan yaxşıdır.

Həyat — dünyanın ən böyük feyzi, ölüm ən pis yamanlığıdır.

Mən o qədər duellərə çıxmışam ki, haqqım var deyim: Allaha

şükür, hələ sağam. Damarlarımda al qan axır, ayaqlarım altında

torpaq titrəyir, eşqdən vəcdə gəlib ağacları və mərmər heykəlləri

qucaqlayıram, onlar mənim ağuşumda canlanır.

442

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!