19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Qazanın arvadı Burla xatunu gətirin bax bura, mənim yanıma.

Tural bu sözləri eşidib yerində çabaladı, keşikçilərdən biri onun

üz-gözünü qamçıladı.

Burla xatun qırx incə belli qızla zindanda idi. Burla xatun göz

yaşları içində deyirdi:

—Hardasan Qazan, hardasan Tural? Bizim bu günümüzü

bilməzmi olarsız? Hardasınız?

Zindançı zindana girdi:

—Hey, Qazan bəyin xatunu hansınızdır? — dedi.

Sükut çökdü. Burla xatun susurdu, təlaşla gah zindançıya, gah

qızlara baxırdı. Qızlardan biri:

—Mənəm, — dedi, — elə həmin andaca başqa bir qız: —

Mənəm, — deyə səsləndi. Zindanın müxtəlif yerlərindən qırx qızın

avazı ucaldı:

—Mənəm.

Zindançı mat-məəttəl qalmışdı. Qızlar get-gedə daha uca səslə:

—Mənəm, mənəm, — deyə qışqırırdılar. Onların çıqırtıları bütün

zindanı tutmuşdu. Zindançı qulaqlarını tutub zindandan çıxdı.

Qıpçaq Məlik taxt-talvarında zindançını dinləyib pis-pis güldü: —

Onda biz belə bir tədbir görərik, — dedi, —Qazanın oğlunu bura

gətirin.

Turalı yerdən götürüb Qıpçaq Məliyin hüzuruna qaldırdılar.

Qıpçaq Məlik kirpiksiz gözləriylə düz onun ala gözlərini içinə baxıb

dedi:

—Qazan oğlu Tural, eşit və bil! Səni cəzayla öldürəcəm, dartıb

çəngələ çəkdirəcəm, asdıracam, sonra ağ ətindən qıyma-qıyma

doğrayıb qara qovurma bişirdəcəm. Qovurmanı qırx qızın qabağına

qoyduracam. Hər kim yedi o deyil, hər kim yemədi, odur sənin anan.

Onu bura gətirəcəm, döşəyimə salacam.

Tural yerində çabaladı, dörd tərəfdən onu tutan adamlar ipləri

daha da bərk dartdılar, oğlanın qolları-qıçları al-qana bulaşdı.

Qıpçaq Məlik:

—Amma səni öldürməyə də bilərəm. Göndərim səni zindana,

özün ananı başa sal ki, gizlənməsin, üzə çıxsın.

Turalı gətirib zindanın qapısından atdılar.

Burla xatun qanına qəltan olmuş oğlunu görüb çığırmaq istədi,

104

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!