19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Faytonçu tez salondan çıxır.

Qoçular artıq səhnəyə çıxa-çıxdadılar. Şövkət ariyanı tamamlayıb

səhnədən qaçır.

Üzeyir:

—Dal qapıdan gedək. Fayton orda gözləyəcək.

Üzeyir, dostları gənc Şövkəti teatrın dal qapısından küçəyə

çıxarırlar.

Sənədli kadrlarda yaşlı Şövkət xanım:

— O gecə Üzeyir və dostları məni ölümdən qurtardılar.

Şövkəti faytona mindirirlər. Üzeyir (faytonçuya):

—Dadaş, elə sür ki, nallarından od çıxsın.

Fayton uzaqlaşır, Üzeyir faytonun ardınca baxır. Aparıcının

kadrarxası səsi:

—Üzeyir bəy bütün bunları görürdü, bilirdi, zəmanəsinə bələd idi,

dərk edirdi ki, hələ neçə il qadın rollarının qadın ifaçısını tapmaq

mümkün olmayacaq, Amma buna baxmayaraq bütün opera və

operettalarında füsünkar qadın surətləri yaradırdı. Çünki daha

böyük bir həqiqəti də bilirdli. Bilirdi ki, gec-tez hər şey dəyişəcək və

bu rolları qadınlarımız özləri ifa edəcək.

Müasir opera teatrının qarşında afişlər: "Sevil", "Karmen",

"Aida" operalarının afişlərində qadın ifaçıların şəkilləri. Kamera iri

planda "Əsli və Kərəm" afişasını göstərir. Afişin yanında dayanmış

Aparıcı:

"Əsli və Kərəm" operasının premyerası bax həmin bu teatrda

oldu — 1912-ci ilin mayında. O vaxtdan bu opera da səhnədən

düşmür. Bu gün Əsli rolunda SSRİ Xalq artisti Zeynəb Xanlarova

çıxış edir.

"Əsli və Kərəm" operasından fraqment. Zeynəb Xanlarova

Əslinin ariyasını ifa edir.

O dövrün müxtəlif afişlərinin fonunda Aparıcının kadrarxası səsi:

Uzeyir bəyin opera və operettalarının böyük uğuru başqa

Azərbaycan bəstəkarlarını da həvəsləndirdi. Üzeyirin böyük qardaşı

Zülfüqar Hacıbəyli "Evliykən subay", "Əlli yaşında cavan" musiqili

komediyalarını, "Aşıq Qərib" operasını yazır.

Müslüm Mağomayevi dirijor kimi əks etdirən sənədli kadrların

fonunda Aparıcının kadrarxası səsi:

—İşlədiyi Lənkərandan Bakıya gələn Müslüm Maqomayev

Üzeyir bəyin əsərlərinə dirijorluq edir, özü də "Şah İsmayıl"

214

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!