19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Təpəgöz bunu eşitdi:

—Oğlan, — dedi, — sən mənim mağarama girdin, daha əlimdən

qurtara bilməyəcəksən, indi səni mağaraya elə vuracam ki, quyruğun

mağaranı yağlasın!

Təpəgöz mağaranın içinə girdi. Oğlan daş rəflərə düzülmüş insan

kəllələrindən birini götürüb Təpəgözün əlinə toxundurdu. Təpəgöz

bunu oğlanın kəlləsi bilib bərk-bərk yapışdı. Oğlan sivişib mağaranın

ağzından çıxdı, dartıb malları da çıxartdı.

Təpəgöz:

—Oğlan, qurtuldunmu? — dedi. Oğlan:

—Qurtuldum — dedi. Təpəgöz hirsindən az qala partlayacaqdı, o,

mağaranın əhəng sütunlarının birindən yapışıb silkələdi. Mağaranın

divarları titrəməyə başladı. Oğlan, tacirlər, karvan artıq dərənin

dibində idilər. Birdən sanki dəhşətli bir zəlzələ qopdu. Təpogöz

silkələyib mağarasını öz başını uçurtmuşdu. Gurultulu bir yarğan

qopdu, dağın yarısı uçub dağıldı. Təpəgöz daşın-torpağın altında

qaldı, həlak oldu. Karvan Qanlı Dərədən keçib açıqlığa çıxdı.

Qoca tacir dedi:

—İgid oğlan! Sən ərlik göstərdin, bizi ölümdən qurtardın, gəl indi

bəyəndiyin mallardan seç.

Oğlan ipəyə-qumaşa, ləl-cavahirata gözucu baxıb:

—Tacirlər, — dedi. — Dünya malında gözüm yoxdur.

Amma bir bu yayı, bir bu gürzü, bir də bu boz ayğırı bəyənirəm.

Tacirlər tutuldular.

Oğlan:

—Nədi, çoxmu istədim? — dedi.

Qoca tacir:

—Xeyr, igid, — dedi, — niyə çoxdur? Amma bizim bir

müştərimiz var, bu üç şeyi onun oğluna ərməğan aparırıq.

Oğlan:

—Müştəriniz kimdir? — dedi.

—Bayat obasından Bəyburadır, — dedilər, — onun oğluyçün

aparırıq.

Oğlan gülümsədi, bir şey demədi, atını qamçıladı, çapıb getdi.

Tacirlər ardınca baxa-baxa qaldılar:

—Yaxşı igiddir, insaflı, mürüvvətli igiddir, — dedilər.

...Karvan Bəyburanın obasına yaxınlaşırdı.

70

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!