19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

tərəf baxır.

—Bəli. Uzaqdan gəlirəm. Günəşibləri göstərir.

Qəlyanlı kişi arabanın ardınca baxır.

—Kişi qoca yaşında yamanca xərifləyib. Dünyanın o başına gedib

ki, nə var alma gətirib əkəcək. Ay pir olmuş, denən bu qərib susuz

torpaqda ağac bitər?

Təsbehli kişi.

—Eh, torpaq torpaq olsaydı, ata-babalarımız əkmişdilər də…

Bizdən axmaq olmayıblar ki…

Qəlyanlı kişi uzaqlaşan arabanın ardınca baxıb başını bulayır.

...Quyu başında. Müxtəlif biçimli, müxtəlif tutumlu bom-boş,

qupquru vedrələr, qablar sıraya düzülüb. Qadınlar və uşaqlar da quyu

başında növbəyə durublar.

Gülsüm: 24-25 yaşlarında sifahi bir qadındır. Vedrəni quyuya

sallayıb, kəndiri tərpədərək vedrəni suyla doldurur. Quyu üstündəki

hərləngəci fırlatmağa başlayır. Gülsümün balaca oğlu Kamil də

yanındadır.

—Ana, ver mən çəkim, — deyə Kamil hərləngəcin qulpundan

yapışır.

Var gücünü topalyıb birtəhər hərləngəci fırladır. Növbədəkilər

arasında etiraz səsləri ucalır. Dolu vedrə quyunun üstünə çıxır.

Gülsüm əlini uzadıb vedrəni götürmək istəyir, birdən…

Kamil sanki ilan çalan kimi atılır, hərləngəcin qulpunu buraxır.

—Babam gəlib, babam, — deyə yerindən qopub qaçır.

Hərləngəc iti sürətlə geri hərlənməyə başlayır, vedrə quyunun daş

divarlarına toxuna-toxuna taqqataraq dibə gedir.

Kamil bağların arasıyla qaçır.

Kərim baba ala qapını taybatay açıb, arabanı həyətə çəkir.

Kərim baba qaraqabaq, azdanışan adamdır. Hərəkətində,

davranışında zəhimlidir, ağırdır, hisslərini biruzə verən deyil. Bax

indi də neçə günlük ayrılıqdan sonra nəvəsi özünü ona tərəf atarkən,

halını dəyişmir, azacıq gülümsünən kimi olur, əlini Kamilin başına

çəkir və dərhal ondan aralanıb arabanı boşaltmağa başlayır.

(Qocanın səciyyəvi bir hərəkəti var. Bu hərəkət diqqətimizi

çəkməlidir. Çünki sonralar biz həmin hərəkəti Kərim babanın

oğlunda, nəvəsində və nəticəsində görəcəyik).

Gülsüm onlara yanaşır. Kərim babanı görüb vedrəni yerə qoyur,

kəlağayısını düzəldir.

5

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!