19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

PLATON (ƏFLATUN)

Qədim yunan filosofu. Eramızdan əvvəl IV əsr

FEDR

Dialoqdan fraqment

İştirakçılar: Sokrat, Fedr

SOKRAT. Əziz dost, məni bağışla. Mən axı hər şeylə

maraqlanıram. Bu şəhərdə isə nəinki insanlar, ağaclar belə mənə heç

nə öyrətmək istəmir. Amma indi ki, bura gəlmişik, mən uzanım, sən

də rahat əyləş və oxumağa başla.

FEDR. Yaxşı. Qulaq as.

"Mənim işlərimdən xəbərin var. Bir-birimizlə dil tapsaq faydalı

olar. Sənə aşiq olmamağım buna əngəl deyil. Əksinə, aşiqlərin

ehtirası sönəndən sonra peşman olurlar ki, sevgililəri üçün xeyirli iş

görüblər. Aşiq olmayanlar, biganələr isə heç vaxt hərəkətlərinin altını

çəkmir.

Bundan başqa sevgililər götür-qoy edirlər, — bu eşqin sayəsində

nə itirib, nə qazanıblar. Biganələr isə heç kəsi günahlandırmır,

sevgilisinə: — sən mənim işlərimə mane oldun — demir, yaxud

sənin ucbatından qohum-qardaşla aram dəydi söyləmir. Əlbəttə,

sevənləri yüksək dəyərləndirməliyik ki, sevgiləri uğrunda hamıyla ləj

düşməyə razıdırlar. Yalnız və yalnız sevgililərinə sözlə, əməllə

xidmət etmək istəyirlər — amma düzmü yalanmı söylədikərini təyin

etmək çətindir. Axı sonra başqa birisinə aşiq olanda əvvəlki

sevgilisini yamanlayacaqlar. Ümumiyyətlə bu sevgi bəlasına mübtəla

olanları mühakimə etmək düz deyil, çünki bu doğrudan da bir

xəstəlikdir, Sevənlər özləri də etiraf edir ki, onlar ağıllarını itirir,

xəstələnirlər, özlərini ələ ala, idarə edə bilmirlər. Sonra ağılları

başlarına gələndə xəstəykən etdiklərinə haqq qazandıra bilmirlər.

Sevgililər arasından ən layiqlisini seçirsənsə seçimin böyük

olmayacaq. Amma bütün başqa insanların içindən seçməli olsan

seçimin çox geniş olacaq.

Əgər düşünürsən ki, eşqindən hər kəs agah olacaq və səni qınayacaq,

bu zaman bir gör nə baş verir: sevgililər elə zənn edir ki, onların bu

xoşbəxtlik dəmlərini başqaları da yaşayır və deməli hissləri hədər

deyilmiş. Biganələr isə insanların sevgi münasibətlərindən daha üstün

393

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!