19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Üzeyir Hacıbəyovu sovet dövründə əks etdirən xronika kadrları.

Bu kadrların fonunda aparıcının kadrarxası səsi:

—Sovet hakimiyyətinin ilk günlərindən Üzeyir Hacıbəyli yeni

mədəniyyətin quruculuğunda fəal iştirak edir. İlk musiqi məktəbi,

çoxsəsli xor, ilk xalq çalğı alətləri orkesti təşkil edir, Bəstəkarlar

İttifaqına, Konservatoriyaya, İncəsənət institutuna rəhbərlik edir.

Azəbaycanın Dövlət himnini yaradır. 1937-ci ildə musiqi sənətimizin

incisini — "Koroğlu" operasını yazdı.

"Koroğlu" operasından fraqment. Koroğlu rolunda SSRİ Xalq artisti

Bülbül. Koroğlunun ariyası və xor səhnələri səslənir.

Aparıcı:

—Koroğlu rolunda — SSRİ Xalq artisti Bülbül.

Xronika kadrları: Kalinin Üzeyir Hacıbəyliyə və Bulbulə orden

təqdim edir.

Bakıda Konservatoriyanın qarşısında Üzeyir Hacıbəylinin

heykəli. Aparıcı heykəlin önünə çiçək qoyur.

Aparıcı:

—Hər il sentyabrın 18-də Üzeyir bəyin anadan olduğu gün biz

bura gəlirik. Onun xatirəsini yad etmək üçün.

SSRİ Xalq artisti Niyazinin rəhbərlik etdiyi simfonik orkest

"Çənlibel" xorunu ifa edir. Şostakoviçin kadrarxası səsi eşidilir: O,

Üzeyir bəyin böyük sənətindən danışır. Aparıcının kadrarxası səsi:

—Danışan böyük sovet bəstəkarı Dmitri Şostakoviçdir.

Moskvada Sutunlu salonda Üzeyir Hacıbəylinin yubileyinə həsr

olumuş təntənəli iclasın kinoxronikası. Qara Qarayev çıxış edir.

Aparıcının kadrarxası səsi:

—Danışan böyük sovet bəstəkarı Qara Qarayevdir.

Niyazinin idarə etdiyi konsert indi də Şuşada davam edir. Bu

konsertlərin lentə alınmış kino kadrları bizim filmin kadrlarıyla

calanır. Şuşaya gələn orkestri dinləyən və müşahidə edənlər

arasırnda filmimizin balaca Üzeyirini — onun uşaqlığını oynayan

aktyoru da görürük.

Ekranda Üzeyir Hacıbəylinin özünün əks olunduğu sənədli kadrları

görür və onun öz səsiylə dediyi sözləri eşidirik.

Üzeyir bəyin heykəli fonunda yazı:

FİLMİN SONU

1980-1981

222

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!