19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

—Yadıma düşdü…düşdü yadıma…Mən bu dağları, bu dənizi

Moskvada görmüşəm…bəlkə də Praqada…ya Tbilisidə…

Kişi səsi:

—Dağlar səyahət etmir… dəniz də həmçinin…

Qadın səsi:

—Amma bu dağlar, bu ağaclar, bu meşə Moskvadaydı, ya

Leninqradda… Bəlkə də Kiyevdə. Mən onları xatırlayıram… Mən

onları müxtəlif şəhələrdə görmüşəm…Bu dağları, dənizi, yolu, çayı..

bax həmin bu vadini, bu bağları…Bu Səttar Bəhlulzadədir.

Titr: BU — SƏTTAR BƏHLULZADƏDİR.

Böyük salon. Yüksək ağ divar…Salonda adamlar. Divarda Səttar

Bəhlulzadənin müxtəlif rəssamlər tərəfindən çəkilmiş portretləri

asılmışdır. Bir tərəfdə büstləri nümayiş etdirilir.

Kişi səsi:

—Bəli, bu — Səttar Bəhlulzadədir. Bax, Səttarın bu şəklini Tağı

Tağıyev çəkib, bu şəklini Salam Salamzadə… Bu işin müəllifi

Neçitaylodur, bu işinsə Həsənağa Ələkbərov. Bu Toğrul

Nərimanbəyovun əsəridir. Bu büstləri isə Fuad Əbdürrəhmanov,

Sabsay, Ömər Eldarov, Elmira Hüseynova yaradıb. Bunlar hamısı —

Səttardır.

Qadın səsi:

—Hər şəkildə də ayrı Səttar, başqa Səttar, bənzərsiz Səttar. Bu

işlərin hansı daha dəqiqdir? Mən zahiri bənzəyişi demirəm. Səttarın

mahiyyətini, daxili aləmini bu sənətkarların hansı daha düzgün aça

bilib? Səttar hansıdır?

Kişi səsi:

—Bilmirəm. Bunu demək çətindir. Səttar bu portretlərin hamısına

bənzəyir və heç birinə bənzəmir. Hətta bax bu fotosuna belə. Onun

surətini yaradanların hamısı öz Səttarını yaradıb. Hər sənətkar ona öz

gözüylə baxıb. Özünün gördüyü kimi görüb Səttarı.

Qadın səsi

—Bəziləri hətta belə görüb onu.

S.Bəhlulzadənin Həsən Haqverdiyev və başqaları tərəfindən

çəkilmiş dostluq şarjları.

Kişi səsi:

—Səttar özü isə özünü bax belə görür.

S.Bəhlulzadənin avtoportreti.

Kamera panorama edərək S.Bəhlulzadənin portretlərini seyr edir.

333

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!