19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

mənim öz filmlərimdir. Peşiman deyiləm ki, bunları etmişəm. Xeyli

vaxt sərf etmişəm. Şübhəsiz, Azərbaycan kinosunda məndən peşəkar,

məndən istedadlı, məndən yaxşı tutalım lap 5, 10, 15 rejissor var. 15

bir az çoxdur, 10 da çoxdur, amma 5 nəfər məndən peşəkarı var.

Amma o filmləri məndən başqa heç birisi çəkə bilməzdi. Nəyə görə?

Cəlil Məmmədquluzadə temasında bundan da gözəl film çəkilə

bilərdi. Üzeyir temasında bundan da gözəl film çəkilə bilər. Amma o

cür ki, düşünmüşdüm o filmləri, (yəni bu filmlər essedirlər) yalnız

mən çəkə bilərdim. Xüsusilə TÜzeyir" filmində həm sənədli

materiala mənim münasibətimi, həm televiziya janrının

xüsusiyyətlərini ehtiva etmək — o cür yalnız mən çəkə bilərdim.

Orada vaxtla manipulyasiya var. Vaxtla oynamaq — geriyə

qayıtmaq, vaxtı saxlamaq, komentariya etmək filan — bütün bunlar

mənimdir — mənim anladığım televiziya janrı var. Mən o ssenarini

ancaq özüm üçün yazmışdım. Çünki o ssenarini götürüb başqa

rejissor çəksəydi, tamam başqa film alına bilərdi. Yenə təkrar

eləyirəm — bəlkə daha yaxşı, bəlkə daha pis, amma mən istəyən film

olmazdı. "Qəm pəncərəsi" filmi də eyni cür. Tutaq ki, başlayaq lap

aktyorlardan. Dostumuz Vaqif Həsənovu Xudayar bəyə çəkmək

istədiyimdə hamı təəccüblənmişdi. Xudayar bəy tamam başqa cür

təsəvvür olunurdu. Amma mən onu o cür görürdüm və indi də

Xudayar bəyi o cür görürəm. Mən demirəm ki, Vaqif o rolu ideal

oynayıb. Halbuki mənim üçün çox məqbuldur, amma mənim

təsəvvürümdə "Danabaş kəndini" oxuyanda mənim gördüyüm

Xudayar bəy məhz o cür obrazdır. Kök, yekəburun, ağzıəyri, zəhmli

filan bir obraz yox, məhz bu cür, içində, daxilində qurumuş (o cür ki,

yaradır Vaqif o obrazı, mənim də xahişim o idi ki, o cür yaratsın)…

içindən çürümüş bir adam obrazı... Həmçinin Məmmədhəsən əmi də

mənim üçün Həsən Məmmədov idi və s. və s. Mərahim də uçitel

Həsənovdur ki var. Yəni onu deyirəm ki, məsələn, başqa rejissor

başqa aktyorlarla işləyə bilər, başqa cür qura bilərdi.

Əlbəttə mənim üçün ən çətin janr nəsrdir. Kinonun bax bu qədər

qalmaqalı var, təşkilati çətinlikləri, maliyyə çətinlikləri, nə bilim,

maşın vaxtında gəlmədi, plyonka vaxtında gəlmədi, bunu məndən

yaxşı bilirsən, amma hər halda evdə sakit oturub bax, bu yazı

masasının arxasında, bu çırağın işığında nəsr yazmaq mənim üçün

kino çəkməkdən min dəfə daha çətin bir sənətdir. Elə bir sənətdir ki,

orda bir sənsən, bir Allah, bir də bütün varlığın. Təkbətək qalırsan

363

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!