19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Səftər dayı köksünü ötürdü. "Yaxşı yumşaq ətdir, — deyə düşündü.

— Lap qoca malıdır. Mənim kimi dişsiz qocalar üçündür".

Kotleti yeyib qurtardı, ağzını siləndə şıqqıltı ilə yerə nə isə düşdü.

Səftər dayı baxıb "bəli, bu da belə getdi", — dedi, — əyilib düyməni

götürdü, döş cibinə qoydu.

Ağ parusin pencəyinin yeddi düyməsi vardı. Yuxarıdan ikinci,

üçüncü və beşincisi düşmüşdü. İndi də yeddincisi düşdü.

Kompotu içə bilmədi. Pis təmi vardı. Özü də bulaşıq suyuna

oxşayırdı.

Daxili səsi:

"Gərək gedəm özümə diş qayırtdıram. Bu dal dişimi də gərək

çəkdirəm. Hərdənbir yaman zoqquldayır. Gərək mütləq gedəm.

Deyirəm, deyirəm, amma heç getmirəm. Elə günü günə satıram. Eh,

heç adamın başı açılır ki... Gərək evin damına da qır saldıram. Yoxsa

yenə damacaq. Damanda adamın bütün ovqatı təlx olur. Gərək bütün

otaqlara ləyənlər, vedrələr boşqab-qazan, bankalar düzəsən.

Hərəsindən də bir cür səs çıxır.

Mis ləyənə damcılayanda bir səs çıxır, vedrəyə başqa, qazana

başqa, boşqaba başqa... Kap, kap, kap... Çap, çap, çap... Pap, pap,

pap...

Dünyada üç şey adamı lap zinhara yetirir: çəkmən sıxa, dişin

ağrıya, evin dama".

Səftər dayı küçəyə çıxdı, addımladı. "Bəli, Səftər kişi, — deyə

daxili səsi eşidildi, — evin damır, dişlərin də tökulüb, düymələrin də

bir—bir duşür, vaxtdır kişi. Bəsdir dünyanın səfasını çəkdin.

Deyəsən əcəli qapının dalında bir az çox gözlədirsən axı..."

—Yox, vallah, — deyə yenə də daxilən öz-özünə cavab verdi. —

Əçəldən qaçmıram. Ölümdən də qorxmuram. Məndən əskik adamları

aparmayıb ki... Tay-tuşumun da çoxu ordadır.

Küçə radiosundan qəzetlər üçün oxunulan mətn eşidilirdi:

—Təkrar edirə.m. Kolxoz və sovxozlarımız bu il... dövlətə...

planda nəzərdə tutulmuş... təkrar edirəm, kolxoz və sovxozlarımız bu

il dövlətə planda nəzərdə tutulmuş 1200 ton əvəzinə 1897 ton taxıl,

90 ton əvəzinə 105 ton barama, 370 min əvəzinə 379 min yumurta,

222 ton əvəzinə 226 ton yun satmışlar, təkrar edirəm, 1200 ton

əvəzinə...

Səftər dayı:

—Gedim bir arvada baş çəkim, — deyə düşündü — cümə axşamı

292

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!