19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

olduğu kimi, onların ağlamaqları da bir-birinə oxşamır. Gözündən sel

kimi yaş axan adamlar da var, amma göz yaşı qurumuş insanlara da

rast gəlirsən. Elə bil baxışları donub qalıb. Mən məhz belələrindən

biriyəm. Ağır dərdlərə düçar olanda hiss edirəm ki, sanki ürəyim

partlayır, dilim söz tutmur, nəfəsim kəsilir, boğuluram, amma

baxışlarım donub qalıb — nadir halda bir gilə yaş axır gözlərimdən.

Məhəbbət macəralarında gözün, baxışın mühüm yeri var.

Gözlərin min oyunundan yalnız bir neçəsini təsvir edəcəm: bir gözün

qıyılması nəyisə qadağan etməkdir, kirpiklərini qapamaq — razılıq

deməkdir, üzün uzadı baxmaq həsrət və intizar, yerə baxmaq sevinc

əlamətidir. Göz bəbəyinin yuxarı qalxması təhlükədən xəbər verir,

bəbəklərin bir tərəfə əyilməsi və tələsik geri dönməsi kimisə nişan

vermədir. Gözlərin başqa oyunlarını yalnız görməklə dərk etmək

olar.

Göz qasidi əvəz edir və baxışlarla çox şeyə nail olmaq

mümkündür. Göz qəlbin qapısıdır — dörd hissdən göz ən itisi və

düzüdür. Göz — qəlbin kəşfiyyatçısı və bələdçisidir, düz yola

çıxaran qlavuzdur. Göz həm də qəlbin aynasadır. Göz mahiyyəti

etibarilə elə güzgüdür, o göylərə ucala bilir, məsafələri qət etdiyinə

görə deyil, məsafələri əhatə edə bildiyinə görə. Duyğuların heç biri

buna qadir deyil.

Qışqıran adamı əvvəl görürsən, sonra eşidirsən, halbuki bu eyni

zamanda baş verir. Deməli göz hər şeyi qulaqdan daha tez qavrayır.

Aşiq olanların məktublaşmaları da təbiidir. Bir aşiq tanıyırdım,

məhəbbət məktubları yazanda mürəkkəbə göz yaşlarını damızdırırdı,

amma bunun müqabilində məşuqəsi mürəkkəbi tüpürcəkləriylə

qarışdırırdı.

Bir aşiq də iddia edirdi ki, bıçaqla əlini kəsib, məktubu qanıyla

yazıb. Mən bu məktubu quruyandan sonra gördüm və əmin oldum ki,

o qanla deyil, qırmızı lakla yazılıb.

Sevişən zaman ən ilginc məsələlərdən biri bir sevənin o birinə tam

tabe olmasıdır. Öz xislətini zorlamaq bahasına belə sevgilisinin bütün

istəklərinə ram olur. Kobud adam — mülayim, həlim insan —sərt, iradəli

— iradəsiz, iradəsiz iradəli, ağır adam —yüngülməcaz, küt — zəkalı,

zəkalı — küt olur.

Bəzən sevgili məhəbbət gileylərindən xoşlanmır, o zaman aşiq

dərdi-qəmini içinə salır, birüzə vermir. Aşiqi yalançı da ola bilir.

Sevgilisi onu etmədiyi şeylərdə suçlarkən olmayan günahlarını

417

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!