19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

əlamətlərin — rəngin, cinsin bir elə önəmi yoxdur.

Gələcək xoşbəxtlik naminə indi yaşayan insanların əzab çəkməsi

fikri Zen əxlaqına kökündən ziddir, Zen düşüncəsinə görə insan

etdiyi yaxşılığın əvəzini güdməməlidir. Yəni Zen düşüncəsi — bizim

"Balığı at dəryaya, BALIQ BİLMƏSƏ DƏ XALIQ BİLƏR"

fikrindən üstündür. Çünki gördüyümüz işin Xalıq tərəfindən

qiymətləndirilməsi fikri yenə də hərəkətimizin təmannalı oldüğünü

göstərir. Zen təfəkküründə isə edilən yaxşılıqların əvəzinin Xalıq

tərəfindən belə veriləcəyi təmənnası yoxdur.

Biz "Tək əldən səs çıxmaz" — deyirik, Zen bu məsələyə də başqa

cür yanaşır: "Cüt əlin alqışlarını hamı eşidir, tək əlin alqışını kim

eşidər?"

Müxtəlif Zen mətnlərindən çevirdiyim parçaları DAYETSU

SUDZUKİNİN "Zen-buddizm" və VON KYU-KİM-in

Ensiklopediya dzen" kitablarından götürmüşəm.

Lyan sülaləsinin banisi Çin imperatoru U-di Zen vaizindən xəbər

alır:

Mən hakimiyyətə gələndən sonra o qədər məbəd tikmişəm, o

qədər müqəddəs kitabın üzünü köçürtdürmüşəm ki, saymaqla

qurtarmaq olmaz. Mənim xidmətlərimi necə qiymətləndirərsən?

Vaiz:

— Heç bir xidmətin yoxdur — deyir.

—Niyə?

—Bunlar hamısı xırda işlərdir və dünyaya yenidən gəlişində bu

xeyirxah işlər üçün səmalarda doğulacaqsan. Ona görə də sənin

gördüyün işlər təmənnasız deyil. Bədəndən düşən kölgə kimi bunlar

da hər an yoxa çıxa bilər

İmperator:

—Bəs onda əsl qiymətə layiq olan nədir? — deyə soruşur. —

Təmizliyə və müdrikliyə o zaman malik olursan ki, sonuncu

nurlanma zamanı cismin və mənin boş və rahatdır. Amma fani

dünyada bu xidmətlərə nail olmaq mümkün deyil. — Müqəddəsliyin

əsas amili nədir?

— Ancaq boşluq var, heç bir müqəddəslik yoxdur.

İmperator: —Bəs onda mənim qarşımda duran kimdir? — deyə

soruşanda vaiz:

— Bunu mən də bilmirəm — deyir.

421

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!