19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

—Təhsil illərində Səttar hələ bilmirdi ki, o özü məhz mənzərə

janrında işləyəcək. Onun ilk işlərinə diqqət verin. Bu Səttarın

diplom işidir—"Babək üsyanı".

Ekranda həmin tablo.

Qadın:

—Heç təsəvvür edə bilməzdim ki, bu Səttarın işidir.

Kişi səsi:

—Bəli çətin inanırsan ki, bu tablo Səttar Bəhlulzadənin

fırçasından çıxıb. Bu da o dövrün başqa bir işi. 1945-ci ildə çəkib.

"Qubalı Fətəli xanın portreti".

Ekranda həmin tablo. Fətəli xan portretinin arxa planında

mənzərə diqqətimizi çəkir.

Qadın səsi:

—Diqqət elə, şəklin bax bu hissəsində artıq Bəhlulzadə üslubu

hiss olunur.

Kişi səsi:

—İndi ilk sırf mənzərə rəsmlərinə baxaq. "Səhər erkən" rəssamın

ilk təbiət lövhələrindəndir. Bu isə "Salyut" şəklidir, onu 47-ci ildə

çəkib.

Böyük bir salonda S. Bəhlulzadənin adları çəkilən işləri

asılmışdır. Kamera bizi o biri salona keçirir və divardan asılimış üç

işi görürük. "Qudyalçay vadisi", "Qudyalçay sahili", "Qız

bənövşəyə gedən yol".

Qadın səsi:

—Qudyalçay vadisi… Bu iş mənim yaxşı yadımdadır, onu

Moskvada sərgidə görmüşdüm.

Kişi səsi:

—Praqada da nümayiş etdirilib. Tbilisidə Bəhlulzadənin fərdi

sərgisində asılıb. Bu üç Quba mənzərəsi Bəhlulzadə yaradıcılığında

tam yeni bir dövrün başlanğıcı oldu, onu Azərbaycan təbiətinin

nəğməkarı kimi tanıtdı.

Kamera Bəhlulzadənin başqa şəkillərinə doğru yönəlir.

Qadın səsi:

—Səttar Bəhlulzadənin son işlərinə baxanda, mənə elə gəlir ki, bu

mənzərələri iti gedən bir qatarın pəncərəsindən seyr edirəm. Amma

bax bu "Qız bənövşəyə gedən yola" baxanda mənim özüm də sanki

bu yolla piyada gedirəm. Ya da arabada. Cırıltılı bir arabada.

Ekranda "Qız bənövşəyə gedən yol" tablosu. Kamera sanki

336

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!