19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

və yalnız bizim televiziya — sovet televiziyası qısa bir məlumat

verdi, göstərmədi. Atamın şeri də bu cür qurtarır ki, … insan oğlu

aya belə qədəm basdı, hayıf mığmığalar buna baxmağa qoymadı.

Yəni burda mığmığalarla assosiasiya var. Doğrudan da Buzovnada

mığmağalar çox idi, amma bu mığmığalar beyinsiz senzorlar,

beyinsiz redaktorlar, beyinsiz ideologiya işçiləriydi ki, bütün

dünyanın malı olan bu hadisəni sovet xalqından gizlətdilər, insanları

qoymadılar ki, tarixin mühüm bir səhifəsini, vacib bir səhifəsini

əyani surətdə görək. İndi bu yadıma düşən şeylərdir, bir çox başqa

şerlərini, başqa pyeslərini də bu bağda yazıbdır, o "Görüş" pyesini də

burda yazırdı, sonra bir "Qanun" pyesi var, onu da Buzovnada

işləyirdi. Anamın təəssüf ki, işləməyə burda o qədər imkanı yox idi,

çünki mən onu dəfələrlə demişəm ürək ağrısıynan yazmışam ki, onun

vaxtının çoxusu bizə, ailəyə qulluq eləməyə, evə, xörək bişirməyə,

bizim qayğımıza qalmağa, bir söznən ev işlərinə gedirdi və ona görə

yaradıcılıqnan məşğul olmağa və o cümlədən bağda da

yaradıcılıqnan məşğul olmağa vaxtı çox az qalırdı, hələ bağımız

qonaqlı-qaralı bir yer idi, o gələnlərin də qayğısına qalmaq lazım idi,

onları da qonaqpərvərliklə qəbul eləmək lazım idi, filan, ona görə də

mən heç yadıma sala bilmirəm ki, anam burda hansı şeirləri yazıb və

yaradıcılıqla məşğul olub… Mənim bir neçə hekayəm burda yazılıb

— ilk hekayələrim burda yazılmağından başqa burda da oxunub…

Həmən o burda yığışdığımız məclislərdə… atama, Ənvər müəllimə,

anama… Bax bu iki bağın arasında — orda qamışlıq vardı, indi bir

az qalıb, amma o vaxt çox belə gur idi bu qamışlıq… yadımdadır biz

orda qarğıları kəsirdik, atam da ondan səbət toxuyurdu. Sonra o

səbətin altına üzüm yarpaqları qoyurlardı, üstünə üzüm, əncir

qohumlara, tanışlara, qonşulara pay göndərirlərdi… Atam çox yaxşı

səbət toxuya bilirdi. Bu vərdiş ona uşaqlığından qalmışdı.

Uşaqlığında o, belə səbət toxuyurmuş, bu səbətləri satırlarmış və

ailəsinə kömək eləyirmiş… Orda əncir ağacları vardı… İndi onlar da

qalmayıb, əvvəl varəncir dəyərdi, yayın əvvəllərində, səhər şehli

əncirləri… yadımdadır nə qədər… həvəsiyirdik onları yığmağa…

daha nədən danışaq, Ramiz.

30.08.1989

…Bilirsiniz də belə bir söz var… şair deyir ki, adam özü

356

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!