19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

alnından vurdu. Buğa elə bil mıxlanıb yerində qaldı. Sonra geri

çəkilib var-gücüylə oğlanın üstünə cumdu. Oğlan bu dəfə

yumruğunu onun alnına dirədi. İndi hər ikisi öz yerində mıxlanıb

qalmışdılar. Nə buğa oğlana güc gələ bilirdi, nə oğlan buğaya.

Oğlanın bütün damarları gərilmişdi. Buğanın gücü üstün gəlirdi.

Birdən oğlan nə isə düşündü, qıvraq hərəkətlə yumruğu çəkib

özünü kənara atdı. Buğa ayaq üstə dura bilmədi, düşdü, təpəsi üstə

yıxıldı. Oğlan aman vermədi, bıçağını çıxartdı, buğanın başını kəsdi.

Cavan igid başını qaldırıb bənizi qaçmış qırmızı donlu Burla xatuna

baxdı, gülümsədi. Burla xatun da çəkdiyi qorxudan yavaş-yavaş

özünə gələrək cavan oğlana gülümsündü.

Bayandır xan:

—Əhsən, — dedi, sonra üzünü ətrafındakı ərənlərə tutub əlavə

etdi — bu oğlana ğılınc verin, çalar olsun, ərdəmlidir. Bədöy at

verin, minər olsun, hünərlidir. Çiyni quşlu cübbə don verin, geyər

olsun, cürətlidir. Dədə Qorqud gəlsin, oğlancığa ad qoysun.

Dədə Qorqud Aslan yatağında, ağca qayanın başında dayanıb.

Cavan oğlan onun qarşısında diz çöküb, baş əyib. Dədə Qorqud igidə

ad verir, deyir:

—Oğul, meydanda çəng etdin, hünər göstərdin, buğa öldürdün,

uğur qazandın. Ömrün həmişə uğurlu olsun, həmişə uğur qazan,

Adın da Qazan olsun. Adını mən verdim, yaşını tale versin! Qonaqlar

əl çaldılar, bu adı bəyəndilər. Burla xatun Qazana, Qazan Burla

xatuna baxdı, ürəklərinə məhəbbət odu düşdü.

Bayandır xan üzünü Bəyburaya tutdu, dedi:

—Bəybura, gün o gün olsun ki, sənin oğlancığın da böyüsün,

igidlik göstərsin, şadlıq çalaq, Dədə Qorqud ona da ad qoysun.

...Dədə Qorqud məzarının yanında oturub qopuz çalır, söhbətinə

davam edir:

—At ayağı iti, ozan dili çevik olar. Ay keçdi, il dolandı. Oğuz

elində ölən öldü, olan oldu. Bayandır xanın qızı uca boylu Burla

xatun Qazana ərə getdi, böyük toy edib şadlıq çaldılar. Qazanla Burla

xatunun Tural adlı oğulları oldu.

Bəybecan bu dünyadan köç eylədi, qara torpağa tapşırıldı.

Bəyburanın oğlançığı da boya-başa çatdı, yetman bir igid oldu.

Bəyburanın 11-15 yaşlı oğlu (Beyrək) at belində seyrana

çıxmışdı. O, atını uzaqlardan görünən Uca dağa tərəf çapırdı. Uca

dağın yamacıyla piyada gedən pəhləvan cüssəli gənc ovçu Bəkilin

65

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!