19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Evim-eşiyim laylay,

Sən get şirin yuxuya,

Çəkim keşiyin laylay.

Solmaz xısın-xısın ağlayır.

Cəbhə. Gecənin rəngi alov rəngidir. Torpaq yanır, çay yanır.

Mərkəzində Kamil olan od dairəsi get-gedə daralır.

Kamil həyəcanla o yan bu yana baxır, od-alov mühasirəsindən

qurtarmaq üçün çıxış yolu axtarır. Ancaq dörd ətrafda oddan alovdan

başqa heç nə görünmür.

Amansız bir dəhşətlə və son ümidlə Kamil başını qaldırıb səmaya

baxır. Açılmaqda olan səhər çağı belə yüksək, uzaq və apaydın

SƏMAYA.

Göyün lap yüksəkliyində təyyarə görünür. Kamil oddan-alovdan

uzaq olan bu təyyarəyə həsədlə, həsrətlə baxır.

Amma budur, yerdən zenit topları dilləndilər. Təyyarə alışıb

kəlləmayallaq yerə doğru düşür. Başqa təyyarələr görünür. Bir-birinə

atəş açırlar. Səma döyüşü başlanır.

İndi nə səhər var, nə səma. Yer üzündə küküləkləşən od-alov

səmanı da çuğlamışdır. Aləm alov içində.

Təmiz, aydın, açıq, dinc səma. Təyyarəsiz, buludsuz səma. Səma

fonunda yazı.

Səma boyu

Əligilin evi. Eyvanda Gülsüm əllərini hündür açıq səmaya

qaldırıb allaha yalvarır.

—İlahi pənahım bir sənədir, bircə oğlumu qaytar, gözümün

yaşına yazığın gəlsin. Qaytar oğlumu, Qaytar Kamili, Əlini qaytar

evinə, eşiyinə, bircə balamı qaytar. Hitler köpək oğlunun başına daş

tök, görüm onun ciyərinə güllə dəysin, görüm onu qan qussun, qaytar

bütün gedən əsgərləri, bizimkiləri də onların içində, anaları oğulsuz,

arvadları dul, uşaqları yetim qoyma, ilahi. Qaytar bircə balamı, bircə

Kamilimi, əhd eləyirəm, ilahi, məscidə gedib nəzirimi verməyincə

balamın üzünə də baxmaram…

Gülsüm duasını qurtarıb ayağa durur, gözlərinin yaşını silir, otağa

keçir. Çarpayıda yatan Murad gözlərini açıb təəccüblə nənəsinə

baxır.

Gülsüm: Oyanmısan, qurbanım olum, nə çox yatırsan, tənbəl.

41

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!