19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

—Nə, birə?

—Hə, birə! Min dənə. Əgər dediyimdən bircə dənə az gətirsəniz

bu dəfə öldürmədim, o vaxt öldürəcəm.

Dədə Qorqud döndü, Bəyburanın obasına getdi. Bəybura dedi:

—Dədə, oğlanmısan, qızmısan?

Dədə:

—Oğlanam, — dedi.

—Bəs necə qurtuldun Dəli Qoçərin əlindən?

—Qurtuldum da, qızı da aldım.

Dədə Qorqud Dəli Qoçərin şərtlərini Bəyburaya dedi.

Gülüşdülər, amma sonra Bəyburanı fikir aldı. Yaxşı, Dədə, —

dedi, — hamısını mən düzəltsəm, birələri sən taparsan?

—Taparam.

...Dəli Qoçərə tovla-tovla şahbaz atlar, qatar-qatar dəvələr, sürüsürü

qoyun, qoçlar gedirdi. Dəli Qoçər körpünün yanında dayanıb

bardaqdan şərab içə-içə sayırdı.

—Üç otuz on, beş otuz, on otuz...

Nəhayət, köpəkləri də saydı:

Min, — dedi, sonra birdən üzünü Dədə Qorquda tutub, — hə,

Dədə, — bəs hanı mənim birələrim?

—Hay oğul, Qoçər, birələrin hamısını bir yerə yığmışam, gedək

say, seç köklərini götür, arıqları qalsın. Gəl dalımca. Dədə Qorqud

Qoçəri bir ağılın yanına gətirdi.

—Soyun, — dedi.

Dəli Qoçər lüt soyundu. Dədə Qorqud onu ağıla saldı, qapısını

bağladı. Bu ağıl birəylə dolu idi. Birələr, Dəli Qoçərii canına

daraşdılar, Qoçər gordü bacara bilmir, haray qaldırdı: — Vay! —

dedi — Mədəd! Dədə kərəm elə, allah eşqinə qapını aç çıxım.

Dədə Qorqud bayırda dayanıb qımışırdı, sakit-sakit:

—Oğul, Qoçər, nə haray-həşir salmısan, — deyirdi. — İsmarladığın

birələrdir də! Saysana, düz min dənədir! Bəlkə bəyənmədin?! Köklərini

götür, arıqları qalsın.

Dəli Qoçər bağırırdı:

—Vay Dədə, hay Dədə! Tanrı bunun kökünü də qırsın, arığını da.

Məni burdan çıxar. Dədə, qara başım qurban olsun sənə, Dədə!

Mədəd!

79

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!