19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

ucağına ədavət toxumu səpməkdən utanmırlar. Biz buna

baxmayaraq daha sarsılmaz bir qüvvətlə çalışmalıyıq. Bütün

ölkələrə, bütün insanlara qurtuluş yolları göstərməliyik. O yol da

ancaq siniflərin, dünya əməkçilərinin birləşməsilə olur. Hər ölkənin

əzənləri və əzilənləri var. Bizim intiqam tək-tək insanların deyil,

milyonların intiqamıdır. Faşizm generalları yeni bir yanğın, yeni bir

müharibə hazırlarsa, əmək qəhrəmanlarımız bu həyasızlığa qarşı

tamaşaçı qalmayacaq. Həm də döyüş səhnəsi inqilab yurdunda deyil,

faşizm ölkələrində olacaqdır. Sülh düşmənlərinin bulanıq, qanlı

dalğaları bizim hüdudun polad divarlarına çarpılıb qırılacaq, azğın

orduları da er-gec sərab olmuş ümidlər kibi sarsılıb məhv olacaqdır!

Yaşasın həqiqi sülh və əmək birliyi!

Cavid yazısından ayrılır, bir müddət fikirli-fikirli durur, sonra

yazdıqlarının üstündən qələm çəkir və vərəqləri bir qırağa atır.

Çayından bir qurtum içir, masanın siyirtməsindən bir xeyli ağ

kağız çıxarır və birinci səhifədə iri hərflərlə yazır: SƏYAVUŞ

Çərçivədə yazı:

İRAN XƏYANƏT VƏ HİYLƏ OCAĞI

TURAN İFTİRA VƏ DƏHŞƏT QUCAĞI

ÇİNƏ GETSƏM, ONLAR DAHA AMANSIZ

SARAY BÖCƏKLƏRİ YAŞARMI QANSIZ?

“SƏYAVUŞ”

“Səyavuş” tamaşasından səhnələr

Südabə:

—Səyavuş! Səyavuş! Küskünəm sana.

Səyavuş:

—Kəyan şahı nerdə? Sözüm var ona.

Südabə:

—Nə söz?

Səyavuş:

—Hərbə aid...

Sudabə:

—Şaşırdınmı sən?

Neçin qavğa sözü düşməz dilindən?

Cəlladmısan, səndə könül yoxmudur?

Səyavuş:

—Məndəmi?

259

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!