19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

oğlu Qaraca Çobandır. Qaraca Çoban — azmandır.

—Ovçu Bəkilin oğlu Qaraca Çobanın sapandının ayası üçyaşar

dana dərisindən, qolları üç keçi tükündən idi — hər atanda on iki

batman daş atardı, atdığı daş yerə düşməzdi. Yerə düşsə də, toz kimi

sovrulardı. Ocaq kimi oyulardı. Daşın düşdüyü yerdə üç il ot

bitməzdi. Qaraca Çobanın acığı tutanda iri bir daşı götürüb əlində

sıxar, kül edib havaya sovurardı. Qaraca Çobanın iri bir çomağı

vardı. Onu yanınca sürüdükcə torpağa xış kimi cızıq salardı. Qaraca

Çoban çomağını sürüyə-sürüyə gedirdi, torpağda xış yeri qalırdı,

Qaraca Çobanın qəribə görkəmi vardı. Arxadan ona baxanda adama

elə gəlirdi ki, qollu-budaqlı nəhəng bir ağac yeriyir, çünki Qaraca

Çoban başının üstündə çox iri bir odun şələsi aparırdı. O, daşdandaşa

addaya-addaya, qayadan-qayaya tullana-tullana gəlib Uca dağın

başına çatdı. Bir kənarda ocaq çatmağa başladı.

Atası ovçu Bəkil:

—Oğul, Çoban, — dedi. — Bu ağacı neylərsən, niyə bura

gətirdin? Qaraca Çoban:

—Bəyburanın oğlu bu gün bizə qonaq gələcək. Bu ağacdan ocaq

qalayacağam, kabab çəkəcəyəm, dostumu qonaqlayacağam — dedi.

Bəkil: —Xoş ola, — dedi, — ocağını çaxmaq daşıyla qala.

Çaxmaq daşının odu düşümlü olar!

Bəyburanın oğlu çapa-çapa Uca dağın başına, Qaraca Çobanın

yanına qalxırdı.

...Elə bu zaman uzaq-uzaq ellərdən bir dəvə karvanı gəlirdi. Bu

haman o taçirlərin karvanı idi, onları necə il bundan qabaq Bəybura

Rum elinə göndərmişdi. Karvan qədim şəhərlərin, qalaların,

xarabalıqların yanından keçirdi. Ağır yüklü dəvələr ləngər vura-vura

addımlayırdı, bəzirganlar da yorğun, yuxusuz idilər. Bəyburanın

oğluyla Qaraca Çoban ocaq başında oturub kabab yeyirdilər, şirinşirin

söhbət edirdilər. Karvan dar bir dərəyə düşmüşdü, ağır-ağır

irəliləyirdi. Bu dərə Qanlı Dərə adlanırdı. Qanlı Dərənin dibindən

çay axırdı. Heybətli, nəhəng bir adam dağın yamacında otura-otura

əyilib dərənin dibindən axan çaydan su içirdi. Bu heybətli azmanın

sifəti eybəcər və qorxunc idi, özünün də yalnız bircə dənə gözü vardı

— təpəsində. Təpəgöz böyük quldur idi, yol kəsib, karvan çapardı.

Dağdan iri bir qaya yuvarlanıb gəldi, Təpəgöz çiynini qayanın

qabağına verdi, itələyib onu kənara atdı, Dərədən axan çayın

üstündən kiçik bir körpü salınmışdı. Karvan həmin körpüyə tərəf

66

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!