19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

operasını yazmağa başlayır.

İlk Azərbaycan bəstəkarlarının uğurlarını bir para adamların

gözü götürmürdü.

Belələri özləri də xam xəyallara düşüb opera yazmağa cəhd

edirdilər.

Sarabski (Üzeyir Hacıbəylinin mənzil-muzeyi qarşısında küçədə):

—Günlər görmüşük, İlahi. Hətta dəllək Ağəli də Üzeyir bəyin

acığına "Əsli Kərəm" operası yazmışdı. Yadımdadır, Üzeyir bəy bizi

evinə dəvət etdi.

Sarabski, Mirzağa Əliyev, Ağdamski Üzeyir bəyin mənzilində.

Üzeyir:

—Eşitmişəm dəllək Ağəli "Əsli Kərəm" operası yazıb, sizi də

oynamağa dəvət edib… Xahiş edirəm mənə qəti sözünüzü deyin.

İştirak edəcəksinizmi? Bilməliyəm: ya mən, ya dəllək.

Mirzağa Əliyev:

—Nə danışırsan Üzeyir bəy? Bisavad dəllək nə opera yazacaq.

Üzeyir:

—Afişlərdə ki, sizin adlarınızı yazıblar.

Sarabski (Kameraya, tamaşaçılara üz tutaraq):

—Biz dərhal qəzetə yazdıq ki, afişləri bizdən xəbərsiz vurublar, qəti

surətdə bildirirk ki, Ağəliylə heç bir əlaqəmiz yoxdu və onun

"operasında" iştirak etmək fikrimiz də yoxdu…

Ekranda o dövrün karikaturunu — "Kəlniyyət" jurnalında dərc

olunmuş karikaturu görürük: İki "Əsli Kərəm" bir —biriylə cəng

edir.

Bu karikatur dərc olunmuş jurnal Aparıcının əlindədir. Aparıcı:

—Söhbətimizin ən ağır məqamına çatmışıq, ümumiyyətlə opera

tariximizin ən qəmli səhifələridir bu… Qəsdən bu mətləbi uzadırdım,

lakin bu barədə susmaq da olmaz. Üzeyir Hacıbəylinin və onun

məsləkdaşlarının o dövrün mətbuatında necə təhqirlərə, yalanlara,

böhtanlara məruz qalmaları haqqında danışmalıyıq.

Neytral bir məkan. Divarda Üzeyir bəyi lağa qoyan karikatur.

Karikaturun fonunda o dövrün qiyafələrində — şlyapalı, buxara

papaqlı, silindrli, fəsli jurnalistlər.

1-ci jurnalist:

—Əgər ki, məsələn "Leyl və Məcnun"a Yevropa nəzərindən

baxsaq, bu heç opera deyil…

2-ci jurnalist:

215

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!