19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

—Hanı mənim balam? — deyə qışqırır, — e, ay uçtel, bu yazığ

uşağı niyə üzü qibləyə qoyubsan, burnu divara dirənib. Görüm sənin

bu şkolun dağılsın. Bu saat səni bir günə qoyaram ki —çomağı

hərləyir.

Həsənov (cır səslə):

—Çıx get, çıx get.

Kərbəlayi Ağakişi:

—Ay arvad, abrın-hayan olsun — deyir — burda hamsı kişilərdi,

sən də başı açıq girmisən içəri. Ayıbdı, çıx get.

Səkinə:

—Sən sus görüm — deyə Əsədi divardan aralayır, Həsənovu

itələyib divara dirəyir. İndi elə bil Həsənovun özünü güncə qoyublar.

Səkinə nəvəsinin əlindən yapışıb sinifdən çıxarır.

Həsənov qanrılıb ürkək-ürkək baxır, sonra yerinə qayıdır:

—O boje, belə şəraitdə dərs demək olar? Elə bu saat naçalnikə

raport yazacam.

Masanın arxasına keçib yazmağa başlayır.

Kəndlilər bərk qorxuya düşür. Kimsə gedib Xudayar bəyi çağırır.

Kərbəlayi Oruc:

—Uçtel, qurban olum, evimizi yıxma. Yazma. Döy bizi, söy bizi,

nə istəyirsən elə, amma yazma, istəyirsən mənim oğlum səhərdən

axşamacan güncdə dursun, istəyirsən lap elə mən özüm güncdə

dayanım, amma yazma. Bizə yazığın gəlsin.

Həsənov bu sözləri eşitmirmiş kimi yazır. Kəndlilər daha da çox

həyəcanlanırlar. Xudayar bəy əlində şallaq daxil olur. Kəndlilər

Həsənovu göstərib Xudayarın qulağına nəsə pıçıldayırlar.

Həsənov yazıb qurtarır, ərizəsini zərfə qoyur. Kəndlilər təlaş

içindədi.

Xudayar boğazını arıtlayıb deyir:

—Hörmətli cənab uçtel. Mən bu saat bu nadürüstlərin dərsin

verəcəm. Başın haqqı atamın oğlu deyiləm, hamsını qazamatda

çürütməsəm. Özlərini də, uşaqlarını da. (Həsənova, mülayim).

Amma daha nəçənnikə başağrısı vermək nə lazım?(Kəndlilərə,

qəzəblə) Hamıvızı dama basacam, köpək uşağı.

Kəndlilər:

—Allah səndən razı olsun, Xudayar bəy. Allah atana rəhmət

eləsin.

Xudayar bir-ikisini şallaqlayır, sonra yenə son dərəcə yumşaq

151

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!