19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

MARSEL PRUST

(1871-1922)

fransız yazıçısı

"İTMİŞ VAXTIN SORAĞINDA" romanlar silsiləsindən

"SVAN TƏRƏFİ" romanından bir parça.

—Cənab, saat səkkizdir, dəllək də gözləyir, Dedim ki, bir saatdan

sonra gəlsin.

Amma bu kəlmələr Svanı bürüyən yuxu dalğalarının içinə girərək

onun şüuruna — şüa suyla dolu qabın dibinə sınaraq çatdığı kimi

çatdı. Eynən o cür oyanışından bir neçə an əvvəl eşitdiyi zəng səsi də

yuxulu şüurunun dərinliklərində iri bir çan kimi gürladı və Svanın

xəyalında yanğın səhnəsini canlandırdı. Onun qapalı gözlərində

canlanan bu dekorlar gözlərini açan kimi uçub dağıldı və bu an son

dəfə dəniz dalğalarının uğultusunu eşitdi, bu uğultu da get-gedə daha

uzaq və boğuq gəlirdi. Əlini yanaqlarına çəkdi. Qupquruydular.

Amma soyuq suyun təmasını və duz dadını hələ də duyurdu. Durdu,

geyindi. Dəlləyə demişdi ki, tez gəlsin. Çünki babama onun yanına

— Kombreyə gəlmək niyyətində olduğunu yazmışdı. Bu istək

Svanda xanım Kambremerin bu şəhərcikdə bir neçə gün qalacağını

biləndən sonra oyanmışdı.

Bu gənc çöhrənin gözəlliyi haqqınla xatirələr kənddəki malikanə

haqqında anımlarla qaynayıb-qarışdı. Neçə vaxt idı ki, o malikanədə

olmamışdı. Bu fikir ona cazibəli göründü və axır ki, bir neçə günlüyə

Parisi tərk etmək qərarına gəldi. Bizi müəyyən adamlarla rastlaşdıran

təsadüflər sonralar onlara aşiq olacağımız zamanlarla eyni vaxta

düşmür. Bu görüşlər sevgimizin başlanmasından əvvələ də təsadüf

edə bilər və sevgimiz bitəndən sonra təkrar yaşanıla bilər. Ona görə

də həyatımıza belə bir adamın ilk dəfə daxil olması, sonralar ona aşiq

olarkən bizimçün xüsusi əhəmiyyət kəsb edir. Sanki bu bir önduyum,

ürəyə dammaqmış. Bax beləcə Svan Odettanı ilk dəfə teatrda

gördüyünü və bu ilk axşamda onu bir daha görə biləcəyini

düşünməməsini yada saldı. İndi də xanım Sent-Evertgildə, general de

Froberi xanım Kambremerlə tanış etdiyini xatırlayırdı. Həyatımızın

maraqları o qədər çoxcəhətlidir ki, eyni bir hadisə bizim hələ

466

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!