19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Kərbəlayi Cəfər Məmmədhəsən əminin ulağını həmin o adama

satır, o adama ki, Məmmədhəsən əmi ulağı elə ondan almışdı.

Kərbəlayi Cəfər məmnum gülümsəyərək pulları cibinə qoyur.

Məmmədhəsən əmi yollardadır.

Karvansara. Kərbəlayi Cəfər nahar eləyir. Məmmədhəsən əmi

gəlir, kamal-ədəblə salamlaşır, Kərbəlayi Cəfər salamını almır.

Məmmədhəsən:

—Kərbəlayi, atan rəhmətlik, mənim eşşəyimi tovlədən çıxart, aparım

onu kəndə, bu gün-sabah zəvvarlar yola çıxacaq.

Kərbəlayi Cəfər tikəsini çeynəyə-çeynəyə bu sözlərə məhəl

qoymur.

—Kərbəlayi, atan rəhmətlik — Məmmədhəsən yenə yalvarmağa

başlayır — axı yazıq heyvan da dincəlməlidir. O boyda yol gedəcək.

Çıxart onu tövlədən, Kərbəlayi…

Kərbəlayi Cəfər birdən onun üstünə çəmkirir:

—Cəhənnəm olun, sən də, sənin eşşəyin də, nə yapışmısan eşşək,

eşşək… Nə eşşək? Bura eşşək-zad gətirmisən? Haçan, kimin yanında

eşşəyi mənə tapşırmısan? Deyən sənin başın xarab olub kişi…

—Ay Kərbəlayi, başına dönüm, axı bilirəm eşşək sənin

karvansarandadı. Oğlum da dünən onu görüb. Bizim kəndin katdası

gətirib onu bura, Xudayar bəy.

—Katda gətirib, get ondan soruş, Mənim buna nə dəxlim var?

—Axı eşşək burdadı.

—Burda heç bir eşşək-zad yoxdu.

—Apardılar? Kim apardı?

—Kim gətirmişdi, o da apardı.

—Xudayar bəy?

—Bilmirəm day hansı bəy. Kim gətirmişdi, o da apardı.

—Hara apardı?

—Cəhənnəmə apardı, gora apardı — deyə qışqırır. — Mən nə

bilim, qoymazsan bir tikə zəhrimarımızı yeyək?

Məmmədhəsən əmi şəhərin küçələriylə gedir, dəftərxananın

qabağına gəlib çıxır. Fayton gəlib dayanır. Naçalnik və əsabələri

faytondan düşüb qapıya tərəf gedirlər. Naçalniki görən

Məmmədhəsən əmi ona tərəf atılır:

—Naçalnik ağa, başına dönüm, bizim kəndin katdası Xudayar bəyi

görməmisən ki? Deyirdi ki, sən çağırmısan onu şəhərə. İş ondadı ki,

mənim eşşəyimi aldı, bu gün sabah da zəvvarlar yola çıxacaq. Eşşək

163

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!