19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

mənə məsləhət görürdü ki, geologiyamı, fizikayamı, başqa texniki

sahəyəmi gedim və yəqin ki, o haqlı idi. İndi başa düşürəm ki, əlbəttə

mən başqa bir peşəni mənimsəsəydim, bu cəhətdən həyat təcrübəm

artıq olardı. Mən orta məktəbdə riyaziyyatdan yaxşı oxuyurdum (ən

çox sevdiyim dərs də riyaziyyat və coğrafiya idi). Amma buna

baxmayaraq məni ali məktəbdə riyaziyyat, fizika, bir sözlə dəqiq

elmlər və dəqiq peşələr, mühəndislik peşəsi — filan… cəlb eləmirdi.

Və nəticə etibarıyla belə oldu ki, mən universitetin, bizim

Azərbaycan universitetinin filologiya fakültəsinə, yəni yenə də

ədəbiyyatla bağlı bir sahəyə getməli oldum.

30 avqust, 1989

…Professionalizm, peşəkarlıq çox mürəkkəb məsələdir. Ona görə

bunun nəzəri aspektləri də var, təcrübəsi də var, bu barədə saatlarla

danışmaq olar. Amma mən bir analogiyaynan, bir metaforaynan bu

barədə demək istəyirəm… məsəlçün şahmat oyunu… Biz hamımız,

az-çox şahmat oynayırıq. Mən də oynayıram şahmat. Çox adam

şahmat oynayır, ancaq sən yalnız usta səviyyəsində (master, sonra

qrossmeyster də var), bəli sən şahmatda usta səviyyəsinə, ya da hətta

birinci razryad səviyyəsinə çatanda başa düşürsən ki, sən şahmatı

hələ çox zəif oynayırsan… Yenə o vaxt kı, peşəkarlığı

mənimsəyirsən, ancaq onda bu peşənin bütün mürəkkəbliyi, bütün

zənginliyi sənin üçün açılır və başa düşürsən ki, sən bu sahənin hələ

şagirdisən. Mən bunu çox müşahidə eləmişəm yazıçılarda. O yazıçı

ki, talantı da azdı, zəifdir, mütailəsi də zəngin deyil, kasıbdır, o

özünü çox böyük yazıçı sayır. Və mütaliə artdıqca, peşəkarlıq

artdıqca, bu sənətin dərinliyinə getdikcə başa düşürsən ki, bu sənətin

qrossmeysteri Tolstoydu, Dostoyevskidir, Balzakdı, Cəlil

Məmmədquluzadədi, Füzulidi, Şekspirdi, Puşkindi və… onlarla

sənin aranda böyük bir distansiya var. Bunu qavramaq üçün burda

tək cəsarət yox, elə acı şeylər var ki, onları qavramaq üçün doğrudan

da cəsarət lazımdır, kişilik lazımdı ki, özün haqqında da bu həqiqəti

dərk edə və deyə biləsən. Amma… cəsarətdən çox, həm də bu

peşəkarlığın məğzini anlamaq vacibdir. Başa düşürsən ki, bu peşə

nədir… Nədən ibarətdir bu peşə… Mən isə belə deyə bilərəm ki,

məsələn ilk hekayələrimdən biri ilk çap elətdirdiyim hekayələrimdən

360

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!