19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

sındırır. Məmmədqulu da, Hacı da uşağın bu gözlənilməz çılğınlığına

mat-məəttəl qalıblar, elə bil dilləri tutulub.

Faytonda Rəşid bəy və yol paltarında balaca Cəlil. Ata-anası

faytonun ardınca su atırlar.

Fayton meşənin yanından keçəndə İskəndər yüyürüb gəlir. Fayton

dayanır, İskəndər əlindəki zəngi Cəlilə verir:

—Al, Cəlil — deyir — bunu məndən yadigar saxla…

Kəndin o biri tərəfində çavuş zəvvarları səsləyir.

Hər başda ki, var əlaməti sevdayi Kərbəla

Görsun səfər tədarükünü, karivan gedir.

Zəvvarlar kimi dəvə, kimi at, kimi eşşək belində çavuşa tərəf

axışır.

Məmmədhəsən əmi də ona yanaşır, bir məkiub uzadır.

Çavuş:

—Bu nədi Məmmədhəsən əmi? — deyə soruşur.

Məmmədhəsən əmi cavab verə bilmir, ağlayır.

Çavuş:

—Nə olub Məmmədhəsən əmi? Bə sən bizimlə getmirsən? Axı

hazırlaşırdın.

—Qismət deyilmiş, Kərbəlayi olmaq mənə qismət deyilmiş. Al

bu kağızı… Xahiş elədim, molla yazdı. Bu kağızı qurban olduğumun

qəbrinə qoyarsan. Şikayətimdi. Bəlkəm imam rəhm elədi… Qoy

bilsin mənim dərdimi… Gedə bilmədim, onun ziyarətinə gedə

bilmədim… Qoymadılar. Eşşəyimi oğurladılar, yedilər, oğlumu dərd

öldürdü, övrətim ağlını itirdi… Yalvarıram çavuş, bu kağızı imama

çatdır. Qoy bizə rəhm eləsin, bağışlasın məni ki, gedə bilmədim…

qoy bağışlasın…

—Qəm yemə, Məmmədhəsən əmi, bu səfər gedə bilmədin, gələn

səfər gedərsən inşallah.

Məmmədhəsən əmi artıq onun sözlərinə qulaq asmadan

qəbiristanlığa tərəf gedir.

Başdan ayağa qara çadraya bürünmüş qadın çavuşa yanaşır. Bu

Zeynəbdi. O da çavuşa kağız verir:

—Qurban olum çavuş — deyir — bu kağızımı al apar, imamın

qəbrinə. Bircə ona umudum qalıb. Xudayar malımı yedi, sonra da

məni çölə atdı. Oğlumu da aldatdı, qızını vermədi ona, indi

Vəliqulunu qapısında nökər saxlayır, qızımı da qaravaş… —

Ağlayır. — Axı ola bilməz, ola bilməz axı, Allah bu zülmü yerdə

169

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!