19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

çadrasını başına saldı, qapıya tərəf getdi, qapıda çönüb Zeynəbə

dedi:

— Hə, Xudayar bəy onu da dedi ki, rəhmətlik ərinin ona iki yüz

manat borcu varmış. Dedi ki, day ayrı söz-söhbət olmasın, Zeynəb

tez o borcu mənə qaytarsın…

—Yaxşı dost imiş Xudayar.

Səkinə yenə Zeynəbi dilə tutmağa başlayır:

—Qulaq as, qızım. Nahaq yerə işi belə düyünə salırsan. Bilirəm

ki, Xudayar səndən əl çəkən deyil. Nə qədər tez razılaşsan özünçün

də, balalarınçın də yaxşı olar. Yaxşı, axır sözün nədi?

—Axır sözüm — Zeynəb bir an fikrə getdi — Axır sözüm odu ki,

qoy Xudayar anqırsın tayın tapsın.

Səkinə tələsik qapıdan çıxmaq istərkən içəri girən Vəliquluyla

toqquşur, yıxılır.

—Vay, ombam sındı…

Vəliqulu:

—Sənsən Səkinə xala? — qolundan tutub onu qaldırır — nə olub,

niyə belə özündə deyilsən?

—Anandan soruş. Başına ağıl qoy onun. Sən də day uşaq deyilsən

ki…

Xudayar bəyin bahalı xalılarla döşənmiş mənzili. . Hirsindənhikkəsindən

qap-qara qaralmış Xudayar sulu qəlyan çəkə-çəkə

Səkinə arvadın "hesabatını" dinləyir:

—Başın haqqı, elə beləcə dedi. Dedi Xudayara de ki, anqırsın

tayın tapsın.

Xudayar:

—Heç eyb etməz, Mən onun başına bir oyun açım ki, anadan

əmdiyi süd burnundan gəlsin.

Zeynəbin evi. Vəliqulu hay-küy qoparıb:

—Deməli belə, deməli oğlunun xoşbəxtliyi səninçün bir qara

qəpiyə dəyməz. Mən, səninçün deməli heç nəyəm. Nə olar? Əgər

belədirsə, biz daha səninlə bir evdə yaşaya bilmərik. Mənim payımı

ver, mən gedirəm bu evdən.

Zeynəb yalvarır:

—Nə danışırsan, ay oğul. Sən deyildin dədənin ölümündən sonra

mənə ürək-dirək verən? Demirdin mənim dayağım olacaqsan?

—Bəs sən məni adam yerinə qoymursan, məni adaxlımdan

ayırırsan. Sən…

145

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!