19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

—Adam Oleari Mərəzə yaxınlığında Diri Baba pirindən də söz

açır. Diri Babayla bağlı rəvayət Dədə Qorqud obrazının bəzi

cəhətləriylə oxşardır...

Ekranda Bərdənin, Gəncənin, Naxçıvanda Əlincə qalanın

pəncərələri...

Aparıcı:

—Bərdə, Gəncə, Əlincə qala — Azərbaycanın bütün bu yer adları

"Kitabi Dədəm Qorqud"da əks olunub. Dastandakı hadisələr

Gürcüstanın Azərbaycan türkləri yaşadığı sahələrində, habelə indi

Ermənistan adlanan ölkənin dədə-babadan oğuz yurdları olan

torpaqlarında cərəyan edir.

Ekranda sənədli kadrlar: Ermənistandan didərgin salınan Azərilər.

Aparıcı:

—Nə yazıq ki, Qarabağa erməni təcavüzü başlanandan bəri yüz

minlərlə Azərbaycan türkü vəhşicəsinə dədə-baba yurdlarından

qovuldular, illər boyu qaçqın çadırlarında ağır həyat sürməyə

məcbur oldular.

Qaçqın çadır şəhərciklərindən mənzərələr.

Ekranda dumanlı dağlar, qoyun sürüləri, çobanlar. Aparıcının

kadrarxası səsi:

—Hər dəfə yolum dağlara düşəndə elə bilirəm ki, Dədə Qorqud

dünyasındayam. Kitabların Dədə Qorqud dünyasında yox,

dumanıyla, yağışıyla, nənəqurşağıyla, boymədərəni, qantəpəri,

çobanyastığı, quzuqulağı, yemliyi, qırxbuğumuyla, əvəliyiylə,

qoyunuyla, keçisiylə, "südü, pendiri, qaymağı bol, qarla yağmur

yağanda çaxmaqlı, qaranlıq axşam olanda qayğılı çobanlarıylaU ulu

babalarımızın min illər bundan öncə həmin bu dağlarımızda keçən

həyatlarından xəbər verən Dədə Qorqud dünyasına dalıram.

Aparıcının yuxaradıki sözlərinə uyğun kadrlar — dağlarda

yaşayan çobanların məişətinə aid səhnələr. Alaçıqlar, dəyələr,

muxurular, sürülər, çoban itləri…Motal papaqlı, çomaqlı çobanlar..

Aparıcı:

"Kitabi Dədəm Qorqud"un Azərbaycan tarixi üçün ən böyük

xidməti və əhəmiyyəti onlan ibarətdlir ki,doğma dilimizdə danışan

310

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!