19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Aparıcının kadrarxası səsi:

—Sonralar, 1926-cı ildə Şövkət xanım həmin bu ariyanı —

Gülçöhrənin ariyasını Parisdə ifa etdi.

Real Şövkət xanım:

—Amma ilk dəfə səhnəyə Bakıda çıxdım. 1912-ci il aprelin 13-

də. O günü heç zaman unutmayacam.

Tağıyev teatrının qrim otağında Şövkət xanım və piano arxasında

akkompanementçi qadın.

Xidmətçi otağa daxil olur və iri bir qərənfil səbətini gənc Şövkət

xanımın qabağına qoyur.

Xidmətçi:

—Bunu sizə Hacı Zeynalabdin Tağıyev göndərdi.

Şövkət:

—Sağ olsun. Nədi, o da teatrdadır?

Xidmətçi:

—Əlbəttə —deyə gedir.

Akkompanementçi qadın:

—Ondansa İtaliyaya pul göndərəydi. .

Qapı açılır. Üzeyir bəy:

—Şövkət xanım axırıncı səhnədir, bu saat qurtarır, hazır olun. Beş

dəqiqədən sonra siz çıxış edirsiz.

Şövkət:

—Yaxşı…Üzeyir bəy…

Səhnə. Səhnədə royal. Gənc Şövkət və pianoçu qadın səhnəyə

çıxırlar. Şövkət İtalyan operasından ariya oxumağa başlayır.

Lojada Hacı Zeynalabdin Tağıyev və Osmanlı konsulu. Konsul:

—Hacı, bu ne rezalet?Devletimiz İtaliyayla savaş ediyor, bu

zaman türk qızı italyan şarkıları okuyor… Ayıb…

Tağıyev bu sözlərə heç bir reaksiya vermir. Təsbehini çevirir.

Konsul həqarətlə lojanı tərk edir. Tağıyev onun ardınca baxıb

gülümsünür.

Gənc Şövkət ariyasına davam edir.

Salonda da bir neçə nəfər ayağa durub hiddətlənir, çıxıb gedirlər.

Gedə-gedə:

—Bu nə biabırçılıqdır. Müsəlman qızı üzü-başı açıq kişilərin

qabağında mahnı oxuyur. Görəcəyimiz günlər varmış…

—Biz də buna baxırıq. Ayıb olsun bizə. Papağımızı yerə soxdu…

Səhnə arxasında Üzeyir, Ərəblinski, Sarabski gənc Şövkətin

212

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!