19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

u faciə onu daxilən çürüdüb. Daha dəqiq söz tapmaq çətindir. Bir

fikir ya hiss səni çürütməyə başladımı, gec-tez axırına çıxacaq. Qurd

qəlbi içdən gəmirir.

İntiharın səbəbləri çoxdur. Ən çox aşkarda olanlar — əsaslarından

deyil. Son məqam demək olar ki, həmişə bir tükdən asılı olur.

Məsələn o gün köhnə dostu onunla bir az soyuq salamlaşıbsa

günahkar odur. Daha doğrusu intihar edənin içində yığılan acılara

son damlanı həmin dostu əlavə edib və sonluğu yaxınlaşdırıb.

Bizi həyatın xülyalarından ayıran o izaholunmaz hiss nədir? İzah

edə bildiyimiz, hətta lap pis başa düşə bildiyimiz dünya bizə tanışdı.

Amma dünya bir də bizi xülyalardan məhrum edirsə, həm də dərk

edilməzdirsə, insan yabançılaşır. İnsan həmişəlik qovulur, çünki

itirilmiş vətənini də daha xatırlamır, gələcək cənnətə də ümidi

qalmır. Əslinə qalsa absurd hissi elə budur — insanla həyatı

arasında, aktyorla dekorlar arasında çat yarğana çevrilir.

Mənim essemin niyyəti budur — absurdla intihar arasında

əlaqəni, intiharın absurdun nəticəsi olmadığını araşdırmaq.

Varlığın absurdluğu insan hərəkətlərinə rəhbərlik etməlidir. Bu

vəziyyətdən çıxış yolu nədədir? Sual çox asan görünür, amma asan

sualların cavabları çox vaxt asan olmur. Yəni intihar ərəfəsində

insanı düşündürən sualın — həyatın, özəlliklə onun öz ömrünün

mənası varmı — sualının cəmisi iki cavabı olmalıdır: hə və yox.

Amma bu məsələnin çox asan həlli olardı. Bu suallara ömürləri boyu

cavab tapa bilməyənlər də var. Mən rişxənd eləmirəm. İnsanların

əksəriyyəti belədir. Elələri də var ki, "yox" cavabı verib "hə" cavabı

veriblərmiş kimi yaşamağa davam edir. Və əksinə intihar edənlər çox

vaxt əmindilər ki, həyatın mənası var. Bu ziddiyyətlər daima

qarşımıza çıxır.

Həyatın naqisliyi, absurd olması onun mənasızlığınımı sübut

edir? Həyatın absurdluğundan qaçmaqmı gərəkdir? Hara? Ümidə ya

intihara? Absurd mütləqmi intiharla nəticələnir? Bu problemlərin

ilkidir.

SİZİF MİFİ

Allahlar Sizifi hündür bir dağa daş daşımağa məhkum etmişdilər.

Daşı zirvəyə çatdıran kimi o sürüşüb yenidən dağın ətəyinə düşürdü

və Sizif bu ağır işə yenidən başlayırdı. Allahlar belə sayırdı ki,

496

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!