19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

verdiyi qapalı zərfin içində nə yazmışdı? Hövsələm çatmadı, yolda

açdım, oxudum. Yazmışdı ki, vur-tut iki ay ömrüm qalıb. Amma bax

on ay keçib, hələ sağam.

—Boşla sən allah, at bu fikirləri başından…

—Hə, əlbəttə.

Əlini uzadıb tumboçkanın üstündəki "Molla Nəsrəddin"

jurnallarını götürür, vərəqləyib bir qırağa qoyur. Uzun-uzadı

pəncərəyə sarı baxır.

Pəncərədə qaranlıq düşmüş dekabr axşamı, yağış damlaları şüşəni

isladır. Birdən birə pəncərədə yeddi-səkkiz yaşlı uşağın siması

görünür, Gözləri Mirzə Cəlilin gözləri kimi çox kədərlidir, Daha

doğrusu elə Mirzə Gəlilin gözləridir — pəncərədəki uşaq böyük

yazıçının xatirələrində canlanan uşaqlığıdır.

Sinli və uşaq Mirzə Cəlil diqqətlə bir-birinə baxır.

Kəndin qırağıyla XIX əsrin kəndli qiyafələrində bir dəstə adam

addımlayır, papaqlı kişilər, çadralı qadınlar.

Onlar susuzluqdan cadar-cadar olmuş çölə çıxırlar. Qızmar günəş

adamın təpəsini deşir.

Adamlar diz çöküb dua etməyə başlayırlar:

—Xudaya, bizə yağış. Qurban olaq Xudaya, bizə bir damcı yağış

göndər. Biz də, torpaq da susuzluqdan yanıb-yaxıldıq. Xudaya, bizə

yağış.

Göydə bir əlçim bulud da yoxdur. İnsanlar yağış duasıyla Allaha

yalvarırlar.

Balaca Gəlil də onların arasındadır.

Yaşlı Mirzə Cəlil öz mənzilində pəncərəyə baxır, Pəncərədə

balaca Cəlilin sifəti qeyb olur. Pəncərədə zil qaranlıq gecə. Mirzə

Cəlilin kadrarxası səsi eşidilir:

—Gözümü açıb dünyanı qaranlıq görmüşəm. Və bu qaranlıqda ilk

eşitdiyim səs müədzinin əzan səsidir.

Mirzə Cəlilin uşaqlıq illəri. Qaranlığa qərq olmuş kəndin üzərində

müədzinin səsi axıb gedir:

—Allahu əkbər, Allahu əkbər…

Gündüz vaxtı kənd məscidinin həyətində yığışanlar namaz qılır.

Həyətdə kiçik bir krandan su axıb gedir.

7-8 yaşlı uşaqlar — onların arasında Cəlil və Əhməd də var —

həsrətlə bu krandan axan suya baxırlar, qup-quru dodaqlarını

yalayırlar. Bir it gəlib kranın qarşısındakı nohurdan su içir. Əhməd

134

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!