19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

—Abşeron mənzərələrinə diqqət elə. Səttar bu mənzərələri çox

işləyib.

Əmirhacıyan kəndindəyik. Kəndin köhnə küçələrindən , burdakı

tarixi abidələrin, XVII əsr məscidinn qarşısından keçir, ikimərtəbəli

evin qabağında dayanırıq.

Kişi səsi:

—Səttar Bəhlulzadə 1909-cu ildə həmin bax bu evdə dünyaya

gəlib.

Evin içinə daxil oluruq, otaqları, həyəti gəzirik. Otaqda foto

albomu vərəqləyirik. Səttarın müxtəlif illərdə çəkdirdiyi fotoşəkillər.

Qadın:

—Necə də qəmli gözləri var.

Kişi səsi:

—Elədir, amma Səttar bu kədərli, qəmli-qüssəli gözlərlə dünyaya

baxıb dünyanı əlvan, rəngarəng, gözəl görürdü.

Səttarın "Azərbaycan nağılı" və başqa əlvan şəkilləri ekranda

göstərilir.

Sonra yenə vərəqlənən fotoalbom, Səttarın 18-20 yaşlarında

çəkdirdiyi foto.

Kişi səsi:

—18 yaşında kənddən Bakıya köçüb və rəssamlıq texnikumuna

daxil olub. 1933-cü ilə qədər Əzim Əzimzadəylə birlikdə

"Kommunist" qəzetində əməkdaşlıq edib. 1933-cü ildə Moskvaya

gedib rəssamlıq institutuna girib.

Qadın səsi:

—Yəqin ki, rus və fransız mənzərə rəsmləriylə də yaxından ilk

dəfə Moskvada tanış olub. Levitan, Kuindji, Kamil Koro,

impressionistlər— Mone, Sisley, Pisarro, Renuar, Van-Qoq, Sezan…

Kişi səsi:

—Səttar bu böyük sənətkarların əsərlərini sevə-sevə öyrənib,

təcrubəli müəllimlərin rəhbərliyi altınla inadla çalışıb. Amma bizim

milli rəssamlıq ənənələrini də unutmayıb. Orta əsr miniatürçülərı,

Behzad, Ağa Mirək, Sultan Məhəmmədin zərif işləri, XX əsrdə

Bəhruz Kəngərlinin akvarelləri Səttarçun həmişə əvəziz ilham

mənbəyi olub…

Bu sözlər səslənərkən ekranda adları çəkilən rəssamların

(Azərbaycan, fransız, rus rəssamlarının) əsərlərini görürük.

Kişi səsi:

335

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!