19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

gəlməlisən.

Özünü öz sənət əsərində ifadə etdiyindən kənarda heç bir dahi

yoxdur. Marsel Prustun dühası — onun əsərləridir, Rasinin dühası —

onun bir sıra faciələrindədir və bunlardan başqa heç yerdə yoxdur.

"Rasin bir faciə də yaza bilərdi" deməyin nə mənası var ki, bu faciəni

yazmayıb. İnsan öz həyatıyla yaşayır, öz surətini yaradır və bu

surətdən başqa heç nəyi yoxdur. Əlbəttə həyatda uğur qazana

bilməyənlərçün bu çox amansız hökmdür. Amma insanlar onu da

başa düşməlidir ki, ancaq varlıq var, arzular, ümidlər insanı yalnız

yalan yuxuların əsiri edir.

Pikassonun şəkillərini müzakirə edərkən, demirik ki, bu nədir?

Yaxşı başa düşürük ki, şəkil çəkərkən o, özünü yaradır, özü necə

varsa, elə yaradır və əsərlərinin külliyatına onun öz həyatı da daxildir

Əxlaq məsələsi də belədir. Sənətlə əxlaq arasında ümumi cəhət

odur ki, hər ikisində yaradıcılıq və kəşf var, Biz qabaqcadan nə

etməli olacağımızı təyin edə bilmərik. Yenə təkrar edək ki, insan özü

özünü yaradır, bu ya digər əxlaq ülgüsünü seçərkən o, özünü

müəyyənləşdirir. Biz də onu bu ya başqa mövqe tutmasıyla bağlı

dəyərləndirə bilərik.

Deyirlər ki, biz başqasını mühakimə edə bilmərik. Bu həm

doğrudur, həm də yox. Doğrudur ona görə ki, bir insan tam

səmimiyyətlə və aydın şüurla öz xətt hərəkətini seçəndə ona başqa

xətt hərəkəti təklif etmək olmaz. Amma digər tərəfdən sənin bu

hərəkətə münasibətin sənin özünün də varlığını müəyyənləşdirir axı.

Mənə məsələnin qoyuluşunu da irad tuturdular: Doğrudanmı

ekzistensializmi humanizm sayırsınız? "Humanizm" sözünü iki tam

müxtəlif anlamda başa düşmək olar.

Humanizm nəzəriyyəsi insanı son məqsəd və ən böyük dəyər kimi

qiymətləndirir.

Amma humanizmi başqa cür də anlamaq mümkündür. İnsan

daimi dəyər deyil, o, yalnız daima özünü yarada-yarada və itirə-itirə

insan olur. Ekzistensializm də bax bu anlamda humanizmdir.

Bu mülahizələrdən aydın olur ki, bizə qarşı iradlar çox haqsızdır.

Ekzistensializm ardıcıl ateizmdən nəticələr çıxarmaq təşəbbüsüdür.

O heç də insanı ümidsizlik girdabına atmır. Amma xristianlar etdiyi

kimi hər bir bidəti ümidsizlik sayacaqlarsa onda ilkin ümidsizlik

təbiətin özündən doğur. Ekzistensializm "Allahın yoxluğunu" isbat

etməyə cəhd eləmir, özünü buna sübut axtarmağa xərcləmir. O başqa

493

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!