19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

qovmaq üçün səsini ucaldır.

Uşaqlar gülüşür. Sonra Əhmədin oyun çıxarmaq növbəsi çatır,

Məmmədhəsən əmi kimi yerə uzanır və gözlərini o yan-bu yana

hərləyərək guya namaz qılır. Uşaqlar uğunub gedir. Əhməd get-gedə

daha çox həvəsə düşür, amma birdən birə ağrıdan qışqırır.

Xudayar bəy balaca Əhmədin qulağından yapışıb dartır, Əhməd

ağrıdan bağırır.

Xudayar:

—Mürtəd uşağı mürtəd, dinimizi ələ salırsız?

Uşaqlar qaçışıb gedir. Bircə Cəlil qalır, Əhməd ağrıdan qışqırır.

Birdən kimsə Xudayarın biləyindən yapışıb sıxır bu İskəndərdir.

İskəndər:

—Uşağın qulağını burax — deyir.

Xudayar əlini çəkir, Əhməd də, Cəlil də qaçıb gedirlər. Xudayar

nifrətlə İskənləri süzür:

—İstəyirsən ki, bunlar da sənin kimi dinsiz-imansız olsun —

deyir.

Kəndin kənarında, səfalı bir yerdə uşaqlar İskəndəri dövrəyə

alıblar. İskəndər onlara nə isə maraqlı bir şey danışır,

Hərəkətlərindən aydın olur ki, səma cisimləri, günün, ayın hərəkəti

haqqında məlumat verir. Uşaqlar heyranlıqla dinləyirlər. İskəndərin

jestlərindən o da aydın olur ki, o, yerin guya öküzün buynuzu

üstündə dayandığı əfsanəni də danışır və uşaqlar ürəkdən gülüşür.

Uzaqdan çavuşun — Kərbəlaya gedənlərin bələdçisinin çağırışı

eşidilir:

Hər başda var əlaməti-sevdayi Kərbəla

Görsün səfər tədarükünü, karivan gedir.

Karvanın keçdiyi küçədə bir neçə kəndli əyləşib çubuq çəkir.

Məmmədhəsən əmi də onların arasındadır.

Birinci kəndli:

—Allah ziyarətini qəbul eləsin Namazəli.

Zəvvar:

—Sağ ol Kərbəlayi Zeynal — deyə cavab verir, — Xoş qalın

Kərbalayi Oruc, Kərbəlayi Ağakişi. Salamat qal Məmməd Həsən

əmi. İnşallah bir aya qayıdarıq.

Məmmədhəsən:

—Salamat gedib qayıdın… — göz yaşlarını silir — bəxtəvərlər.

Karvan uzaqlaşıb gözdən itir. Kəndlilərdən biri:

136

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!