19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

olmasa da... Yaman könlümə düşüb.

Səftər Sabunçu vağzalına gəldi. Mexaniki məlumat cihazına

yanaşdı. Düyməni basdı. Cihaz paslı bir səslə lazımi qatarların gedibgəlmə

vaxtını dedi.

(Kadrarxası mahnı səslənir).

Qatar, gəncliyimə apararmısan

Keçmiş ünvanları axtararmısan

Bircə gün, bircə an geri dönəydim

Zamanın hökmünü sındırarmısan

Qatar, gəncliyimə apararmısan

Ötən illərimi qaytararmısan

Bu kədər, bü həsrət öldürdü məni

Məni bu həsrətdən qurtararmısan

Sayqaçda rəqəmlər ötdü yaşımı

İllər də yollar tək geridə qaldı

Saçları ağarmış bəyaz başımı

Arxaya baxmağa qaldırarmısan

Qatar, gəncliyimə apararmısan

İtən sevgiləri arayarmısan

Zaman qürbətinə düşdüm nə düşdüm…

Məni öz yaxtıma çatdırarmısan

Elektrik qatarı Abşeronla şütüyürdü.

Səftər qatardan düşüb qumlu kənd yolu ilə qəbiristanlığa tərəf

gedlr.

Kənd qəbiristanlığı. Qəbirlərin üstünə, aralarına xəzəl səpələnib.

Səftər dayı xəzəlləri tapdalaya-tapdalaya qəbirlərin arası ilə

arvadının son məskəninə tərəf addımlamağa başladı. həmişəki kimi

yenə də qəbirlərin üstündəki yazıları oxuyurdu.

Əsgər Teymurov. 1905-1957.

Tofiq Babayev 1927-1946.

Kadrarxası səsi:

—"Adlar və rəqəmlər. Adlar və rəqəmlər. Yəni bu rəqəmləri bura

yazmaq vacibdir. Yə'ni adamdan elə bu iki şey qalır. Adı və bu iki

tarix. Axı, niyə belə? Axı, əslinə qalsa bu yazıların adamın şəxsən

özünə dəxli də yoxdur. Adını özu qoymayıb, familini də həmçinin,

293

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!