19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

ütün ayağı sürüşkən qadınları soyundururdular, lütlərin

utanmaqlarından zövq alırdılar.

Onların arasında yüksək dərəcəli fahişə də vardı və o soyunan

zaman gündəyməzində dəmrovu gördülər, indiyəcən onu hamıdan

gizlədə bilmişdi. Dəmrovu görən kimi "sən diri İlahəsənmiş" — deyə

qarşısında diz çöküb sitayiş etməyə başladılar. Amma bir müddət

sonra bu əyləncələrdən bıkdılar. Lüt-ətcəbala qadın əndamları hər

ikisinin pisini vurdu.

Və elə bu dəm gözlənilməz halda evə Seydzyuronun atası girdi,

onun qəzəbinin həddi-hüdudu yoxdu.

Seydzyurogilin öz eyblərini örtüb gizlətməyə macalları da

olmamışdı.

Seydzyuro yalvarmağa başladı:

—Bağışlayın, bu bir daha təkrar olunmayacaq — desə də atası

qulaq asmadı və hirslə çıxıb getdi.

Minaqava ağlamağa başladı, başqa qadınlar da ona qoşuldu.

Vəziyyət çox qəlizdi. Heç nə eləmək mümkün deyildi. Yalnız

təlxəklərdən biri zarafatından qalmadı: Çılpaq kişi də yüngül

qadından ağır gələr — dedi — Kefini pozma cənab Seydzyuro.

Ümumi pərişanlıq içində də bu sözlərə güldülər, elə bil bu zarafat

içkinin məzəsiydi. Seydzyuro və Minaqava yenidən içməyə

başladılar və axırda hər şeyi unutdular.

Amma onlara münasibət kökündən dəyişdi. Nahar vaxtıydı,

amma heç kəs onlara xidmət etmək istəmirdi. Yüngül qadınlar da

bir-bir çıxıb getdilər. Həyat belədir, yalnız cibimizdə küllü pul

olanda hamı qulluğumuzda durur.

Minaqavanın taleyi üçün bu daha ağır idi. Hamı gedəndən sonra

hönkürüb ağladı. Seydzyuro da qəm dəryasına batdı və hətta intihar

etmək qərarına gəldi. Bircə ondan qorxurdu ki, Minaqava: — Mən də

— desin.

Bu fikirlərə qapılarkən Minaqava onun üzünün ifadəsinə diqqət

edib dedi:

—Görürəm ki, siz intihar etmək fikrindəsiniz. Bu ağılsız işdir.

Əslində mən də sizin dalınızca getmək istərdim, amma nə etməli,

həyat şirin şeydir. Mənim peşəm belədir ki, hisslərim müvəqqətidir.

Odur ki, nə oldu, oldu, hər şey yuxu kimi keçib getdi. Bu bizim

əlaqələrimizin də sonudur.

Bu sözlərlə durub otaqdan çıxdı.

427

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!