19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

—Sonralar, iyirminci illərdə sovet hökuməti Şövkət xanım

Məmmədovanı təhsil almaq üçün İtaliyaya göndərdi. Sonralar o,

Parisdə və Moskvada çıxışlar etdi, şöhrət qazandı, alqışlandlı, təltif

olundu.

Sənədli kadr: Kalinin Şövkət xanıma orden təqdim edir.

Aparıcının kadrarxası səsi:

—Sonralar Reynqold Moritsoviç Qliyer Şövkət xanımın

təşəbbüsüylə Azərbaycana gəldi, musiqi folklorumuzu öyrəndi,

"Şahsənəm" operasını yazdı və bu əsəri Şövkət xanıma ithaf etdi.

Aparıcının bu sözləri fonunda sənədli kadrları görürük. Qliyer

dirijorluq edir… Şövkət xanım Şahsənəm rolunda ariya ifa edir.

Yaşlı Şövkət xanımın sənədli kadrları. Real Şövkət xanım danışır:

—Bəli, sonralar…hamısı sonralar oldu — konsertlər, tamaşalar,

şəhərlər, görüşlər, alqışlar… Onda isə…1912-ci ildə əlim hər yerdən

üzülmüşdü. Mənə elə gəlirdi ki, daha ömrüm bitib qurtarıb — on altı

yaşım vardı axı.

Şövkət xanım rolunu ifa edən gənc aktrisa pəncərə qarşısında dayanıb

ağlayır. Real Şövkət xanımın kadrarxası səsi:

—Birdən qapı döyüldü.

Qapı döyülür. Gənc Şövkət qapını açır, əlində qərənfil dəstəsi

tutmuş Üzeyiri görür.

Üzeyir:

—Salam. Səhv etmirəmsə siz Şövkət Məmmədovasınız.

Şövkət:

—Bəli.

Üzeyir əlini uzadır:

—Üzeyir Hacıbəyli. Tanış olaq —gülləri ona verir — bu güllər

sizindir.

Şövkət:

—Sağ olun.

Üzeyir:

—İndi deyin görüm niyə ağlayırdınız.

Gənc Şövkət danışmağa başlayır, amma biz onun səsini eşitmirik.

Arabir gənc aktrisanın ifasındakı Şövkətin kadrları real Şövkət

xanımın sənədli kadrlarıyla calanır. Sənədli kadrlardakı yaşlı Şövkət

xanım:

—Üzeyir bəy elə ilk baxışdan etibarımı qazandı və mən hər şeyi

ona danışdım.

210

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!