19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

çamadanları daşıyırlar. Cavid o biri otağa keçir, paltolu, papaqlı

qayıdır, Müşkinaza:

—Darıxma, Müşkinaz, iki-üç gün çəkər. Qayıdaram. Mənim heç

bir örtülü işim yoxdur, Görək nə soruşacaqlar.

O biri otağın qapısı açılır, Ərtoğrul:

—Baba, bu nədi belə? — yüyürüb atasını qucaqlayır, ağlamağa

başlayır.

Cavid (onun başını sığallayır):

—Sakit ol, bala. Bir şey yoxdur. Nə də ola bilər axı? Kişi

ağlamaz, sınar, əyilməz.

Cavid Müşkinazla, Ərtoğrulla görüşür:

—Turanı mənim əvəzimə öpərsiniz. İndi oyatmayın.

Gələnlərin müşayiətiylə otaqdan çıxır, Müşkinaz xanım hönkürüb

ağlamağa başlayır, Ərtoğrul:

—Ana, yavaş... Turan oyanmasın.

Müşkinaz (göz yaşları içində):

—Yazıq kişi, heç qəhvəsini də içə bilmədi.

Hüseyn Cavidin ev-muzeyinin lövhəsi. Cavid NKVD işçilərinin

müşayiətiylə məhz bu lövhənin yanından keçir (bu “priyom”dan

“Qəm pəncərəsi” və “Üzeyir ömrü” filmlərində də istifadə olunub.

Sanki tarixi hadisələr real məkanda, bu gün bəlli məkanda cərəyan

edərək şərtiliyi təsdiqləyir).

Cavid və müşayiətçiləri qara maşına minirlər, maşın qaranlıq

Bakı küçələriylə NKVD binasına tərəf sürətlə gedir.

Ekranda yazı:

4 iyun 1937-ci il. Gecə saat 3. 47

Üzərində “Əhməd Cavad bu evdə yaşamışdır” sözləri yazılmış

lövhə. Bu binanın qapısından NKVD işçiləri Əhməd Cavadı çıxarıb

qara maşına otuzdururlar. Maşın hərəkət edir.

Sürətlə gedən başqa bir qara maşının içində Müşfiq.

Gecə qaranlığına qərq olmuş binaların bəzi pəncərələrində

qəfilcən işıq yanır, bəzilərində qəfilcən sönür.

Yazıçılar Birliyinin üçüncü mərtəbəsində repressiya qurbanları —

Azərbaycan yazıçılarına həsr olunmuş “Gedənlər” barelyefi. Kamera

barelyefdəki adları panorama edərkən ikiqat ekspozisiya vasitəsilə

həmin adamların “cinayət” işindəki şəkillərini (anfas və profil)

görürük və hər şəkil göründükcə atəş səsi eşidilir. Sonda Cavidin evmuzeyindəki

şəkil – “Repressiya olunmuş yazıçılar” tablosu...

274

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!