19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Bəybura daha da pərt oldu: — Bayandır xan mənim nə

əskigliyimi gördü? — dedi. — Qılıncımdanmı gördü, süfrəmdənmi

gördü? Məndən alçaq kişiləri ağ çadıra, qızılı çadıra otürdu, mənim

günahım nə oldu ki, qara çadıra göndərdi.

Aruz dedi:

—Bayandır xandan buyruq belədir ki, oğlu olanı ağ çadıra, qızı

olanı qızılı çadıra ötürün. Kimin ki, oğlu, qızı yoxdur, onu qara

çadıra aparın, qara keçə altına döşəyin, qara qoyun qovurmasından

önünə gətirin, yeyərsə yesin, yeməzsə dursun getsin. Oğlu, qızı

olmayanı tanrı qarğıyıbdır. Biz də qarğıyaq. Bəybura yerindən

sıçrayıb durdu, üzunü öz adamlarına tutdu, dedi:

—Qalxın, igidlərim, biz burdan gedəsi olduq! Bu qara eyib mənə

ya məndəndir, ya xatundandır. Bəybura və başının dəstəsi qara

çadırdan çıxdılar, o biri çadırlarda yeyib-içənlər boylanıb onlara

baxırdı. Bəybura isə heç kəsə baxmırdı, heç kəslə danışmırdı. Heç

kəslə vidalaşmadı, atının belinə sıçrayıb üzünu Aruza tutdu:

—Aruz, — dedi, — mən bu hayıfı səndə qoymaram.

Bəybura qamçısını havada oynadıb ata çəkdi, at yerindən

götürüldü. Adamları onun ardınca çapdılar, at ayaqlarının qaldırdığı

toz içində gözdən itib üzaqlaşdılar.

Bəyburanın obası Bayat səfalı bir yerdədir. Bir yanı sıldırım

dağlar, bir yanı çay, bir yanı çöl-çəmən, bir yanı meşə. Çadırlar,

dəyələr, alaçıqlar rəng verib rəng alırdı. Ocaqlardan qalxan tüstü

mavi səmada əriyib itirdi. Çay qırağında yeddi-səkkiz yaşlı uşaqlar

aşıq-aşıq, gizlənpac, turna doydu oynayırdılar, Dəyələrdən birinin

qabaqında Boğazca Fatma dayanmışdı. Onun yanında beş-altı korpə

var, özü də yenə yüklüdür. Fatma əlini belinə qoyub cır səslə

çağırırdı:

—Ay qız, Züleyxa! Zübeydə! Üridə! Ölməyə, itməyə getmişdim?

Yatacaq yerim yenə bu xaraba olasıydı dana. Nolaydı mənim evimə də

bir baxaydınız. Oğru köpək gəlib evi bir-birinə qatıb, toyuq hininə, qaramal

damına döndərib...

Başqa bir alaçıqdan bir arvad çıxıb ona cavab verir, nə isə

qışqırırdı.

Nal səsləri eşidildi. Bəybura və başının dəstəsi obaya daxil

oldular. Bəybura çadırına çatıb atdan düşdü, içəri keçdi. Arvadı Ayna

Mələk onu həyəcanlı görüb təşvişə düşdü.

60

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!