19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

—Elə belə… mən…

Kamil: O tərəfə hara gedirsən? Gəl bura görüm. Düzünü de

görüm hara gedirdin?

Murad: Mən… Odey onun altından keçmək istəyirdim.

Kamil: Nəyin onun? Hə, nənə qurşağının? A… belə də…

Neynirsən ki, nənə qurşağının altından keçməyi.

Murad: Nənəm deyir ki, onun altından keçən nə istəsə olar.

Kamil: Belə de. Yaxşı, sən nə istəyirsən axı?

Murad: Təyyarə sürmək istəyirəm.

Kamil: Təyyarə sürmək üçün böyümək lazımdır. Böyüyərsən,

onda olarsan təyyarəçi.

Murad: Ee… o gecdir.

Kamil: Bəs elə bilirsən nənə qurşağı tezdir. Bilirsən o hardadır?

Ora gedib çatana yüz dəfə böyüyəcəksən. Gəl belə danışaq. Sən

əvvəl böyü, təyyarəçi ol, sonra təyyarəylə uçarsan nənə qurşağının

altından. Oldu? Yaxşı, gedək evə…

…Murad alma ağacına çıxır. Lap ağağın təpəsinə dırmaşır və

ordan dənizə tərəf baxır. Nəhayət dəniz tərəfdən uçan təyyarələr

görünür. Təyyarələr sırayla və çox hündürdən uçurlar. Dəniz üzərinə

paraşütçülər buraxırlar, böyük ağ paraşütlər bir-bir açılır.

Murad (paraşütləri sayır): Bir, iki, üç, dörd, beş, altı…

Birdən sürüşüb ağacdan yıxılır. Ağac, səma, budaqlar dəli bir

ritmlə yerindən oynayır və Murad tappıltıyla yerə dəyir. Sevdanın

qışqırığı eşidilir.

Murad çarpayıda uzanıb. Sol ayağı bintlə sarınıb.

O həsrətlə pəncərəyə baxır. Pəncərədən bir parça səma, səmada

isə tənbəl ağ buludlar görünür. Murad əyilib pəncərədən dən tökür.

Göyərçinlər pəncərəyə qonur, dəni dinləyir, yenə də uçub gedirlər.

Gecədir. Pəncərədən ulduzlu göy görünür. Kamil Muradın

çarpayısının yanında oturub.

Murad: Ata, bəs gündüz niyə ulduzlar olmur?

Kamil: Gündüz də olurlar, amma biz görmürük. Bax, əgər gün

işığı düşməyən bir yerdən baxsan, onda ulduzları gündüz də görmək

olar. Bax, məsələn, dərin quyunun dibindən baxsan.

Murad: Ata, bəs mən haçan duracağam.

Kamil: Beş gündən sonra (barmaqlarını yumur). Bir, iki, üç,

dörd, beş deyəndə…

…Muradın çarpayısı boşdur.

50

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!