19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

İblis (yarım qəhqəhə ilə)

Yox, zənn edərim ki, səhviniz var

Dağ, daş, uçurum, dəniz və orman

Əngəl olamaz önümdə bir an

Elxan:

Kimsən, əcəba, səndə ki var böylə məharət

İblis:

Bən heçlə doğan bir ulu qüvvət, ulu qüdrət.

Bir qüdrəti-külliyyə ki, aləm bana bədxah,

Dünyadə əgər varsa rəqibim, o da Allah!..

(qəhqəhə)

Həp din ilə, məzhəblə, siyasətlə cahanda

Həp fırtına qopmuşsa, əvət, bən varam onda.

Hər yerdə ki, vardır əzəmət, qəhr ilə dəhşət

Hakimdir o yerlərdə bu qarşındakı xiqlət

Röya kimi hər an olaraq zahirü qaib

Bən Şərqdə abid oluram, Qərbdə rahib.

Otağın qapısı şiddətlə döyülür. Cavid xəyallardan ayrılır, durub

qapını açır.

Daşnak çetelərinin qiyafəsində zabit və üç-dörd əsgər otağa

soxulur.

Daşnak zabit (onu İblisi oynayan aktyor oynamalıdır):

—Sən kimsən?

—Hüseyn Cavid. Ədibəm. Siz kimsiniz?

Daşnak zabit (istehzayla):

—Ədib? — masanın üstündəki kağızları göstərir: — bunları sən

yazmısan?

Cavid:

—Bəli.

Daşnak zabit:

—Dur geyin, gedək.

—Hara?

—Orda bilərsən. Tez ol.

Cavid paltosunu geyinən zaman daşnak masanın üstündəki

kağızları qamarlayıb sobaya atır.

Cavid:

—Aman, nə edirsən? — kağızları daşnakın əlindən almaq istəyir,

əsgərlər onu kənara dartırlar.

242

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!