19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

—"Arşın mal alan"da mənalı bir şey yoxdur. İmza: Kor Aşıq.

4-cü jurnalist:

—Elə ki, opera meydana çıxdı, drama batdı. İmza: Boşboğaz.

Aparıcı:

—Kələmbaş, Həyasız, Kor aşıq, Boşboğaz…Bir məsələdə

haqlıdırlar, özlərinə çox dəqiq təxəllüslər seçiblər.

"Aşıq Qərib" operasının afişi yanında dayanmış Aparıcı:

—1916-cı ildə Üzeyir bəyin böyük qardaşı Zülfüqar Hacıbəylinin

yazdığı "Aşıq Qərib" operasının premyerası oldu. Elə həmin il

Müslüm Maqomayevin "Şah İsmayıl" operasının da premyerası

olmalıydı, amma olmadı. Yəqin ki, Tağıyev teatrında baş vermiş

yanğına görə. İkinci dəfə "Şah İsmayıl"ın premyerası üç il sonra —

1919-cu ildə elan olundu.

Tamaşa salonu. Səhnədə "Şah İsmayıl"ın dekorları quraşdırılır.

Salonda Üzeyir və Müslim. Müslüm həyəcanla sıraların arasında vargəl

edir. Üzeyir:

—Niyə belə həyəcanlanırsan Muslüm? Hər şey yaxşı olacaq.

Müslüm:

—Mənim bəxtim belədir Üzeyir, yenə bir şey mane olacaq. O

səfərki kimi.

Keçib Üzeyirin yanında oturur. Gözlərini yumur. Xəyalında "Şah

İsmayıl" operasından bir səhnəni canlandırır. SSRİ Xalq artisti

Müslüm Maqomayevin ifasında Şah İsmayılın ariyası səslənir.

Birdən ariya kəskin kəsilir, Mirzə Muxtarın səsi Müslümü

xəyallarından ayırır. Mirzə Muxtar səhnədən:

— Nə olub? Niyə başlamırıq, kimi gözləyirik?

—Ərəblinskini.

Mirzə Muxtar:

—Ərəblinskini? Görürsüz, həmişə bizi danlayır ki, beş dəqiqə

gecikibsiz, indi özü yarım saat yubanır.

Sarabski hövlnak salona daxil olur. Sarabski:

—Ərəblinskini öldürüblər…

Ərəblinskinin dəfn mərasimini əks etdirən fotonun fonunda

Aparıcı:

—O gün Ərəblinskini qohumu Xalıq qonaq çağırıbmış. Araları

yoxdu və Hüseyn getmək istəmirmiş. Amma Xalıq dilə tutub gətirib

onu evinə. — Güllə səsi. — Arvadı özünü çatdıranda Ərəblinski artıq

keçinibmiş.

220

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!