19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

—Gəncliyimdə Sezanın alovlu pərəstişkarıydım. Sezan məni

böyük sənətə daxil edirdi. Onun sistemində mən rəngin, formanın və

məkanın yaxşı təşkil edilmiş tənasübünü tapdım.

Rəssamın emalatxanasındayıq. İndi o söhbətini kadr arxasından deyil,

birbaşa bizə, tamaşaçılara müraciətlə davam edir:

—O illərdə impressionistlərin əsərlərini nümayiş etdirmirdilər.

Leninqradda mən Ermitajın o vaxtkı müdirinin yanına gəldim və

dedim: Sezanı mənə göstər, yoxsa səni öldürəcəm — gülür — Sezanı

göstərdi mənə. 36 altı il sonra Ermitajın indiki mudiri Piatrovski

Bakıya gələrkən onunla görüşdüm. Vaxtı dar olduğundan mənim

emalatxanama gələ bilmədi. Mən ona yalnız işlərimin slaydlarını

göstərdim. O həyəcanlandı və dedi: Nahaq yerə o vaxtkı Ermitajın

divarlarını dağıtmırdınız ki... Demə mənim o vaxtkı müdirə dediyim

sözlər, Ermitajda ağızdan ağıza gəzirmiş. Rəhmətlik akademik

Alpatov mənim işlərimi görəndə soruşdu: — harda təhsil almısınız?

— Ermitajda — dedim. — Bəli, doğrudan da, yaxşı məktəbdir —

dedi — və bu hiss olunur.

Rəssamın emalatxanasında onun işlərini seyr edirik. Sonra bu

kadrlar Afrika heykəllərinin reproduksiyaları ilə əvəz olunur. Rəssam

şərh edir:

—1955-ci ildə ilk dəfə Afrika heykəllərinin reproduksiyalarını

gördum. İndiyə qədər görmədiyim plastika, tənasübsüzlük,

ekspressiya, müxtəlif materialların qarışığı —ağac, ot çəngəsi, əsl

saç, şüşə, sümük, parça — bütün bunların vəhdəti məni öz

mistikasıyla sarsıtdı. Benin tunc heykəllərinin qadın obrazları —

onların dəmbərə gözləri. Elə bil bu dəmbərə gözlərdən onlar öz

cismani varlıqlarından çıxıb azad olmaq, kosmosa uçmaq istəyirlər.

Leninqradda, Dünya etnoqrafiya muzeyində mən okeaniya

heykəllərinə, Sibir masqalarına, şaman döşlüklərinə, Birmanın üç

metrlik rəngli bütlərinə, İranın, Hindistanın, İndoneziyanın rəsm

əsərlərinə, Tibetin ikonalarına, Acantanın freskalarına bələd oldum.

Ekranda adı çəkilən sənət örnəklərinin reproduksiyaları.

Rəssam:

—Bütün bunlar məni sarsıtdı, ovsunladı, təəssüratdan başım

gicəlləndi. Mən min il gözlədiyim Rəng Dünyasına düşmüşdüm.

Akvarel, kağız aldım və günlərlə surətlərini çıxardım, 100 vərəq

vatman işlədim.

Buzovna. Rəssam açıq havada işləyir. Kadrarxası səsi eşidilir:

344

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!