19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

NIKAH

Toylarının ertəsi günü arvadını məzəmmət elədi. "Gərək artıq

xərc çəkməyəydik". Amma bu onun sözləri deyildi, xalasının

sözləriydi: Arvadına de!.

Arvadı üzr istədi. Ondan da, xalasından da. Üzrü onunçün aldığı

və sarı nərgizlər qoyduğu vazın yanında istədi.

AY

Otelin pilləkənlərində təsadüfən ona rast gəldi. Adama elə gəlirdi

ki, hətta gündüz vaxtı onun sifətini ay işıqlandırır. Bundan əvvəl heç

vaxt görüşməmişdilər. Amma onu baxışlarıyla yola salarkən əvvəllər

içində heç vaxt hiss etmədiyi bir həsrəti duydu…

QADIN

Hava qaranlıqlaşırdı. O, meydanla addımlayırdı. Bir az

həyəcanlıydı. Gümüşü səmanın fonunda böyük binaların işıqlı

pəncərələri parlayırdı.

O səkinin qırağında dayanıb qadını gözləyirdi. Beş dəqiqədən sonra

qadın ona yanaşdı. Qadın elə bil arıqlamışdı. Qadın ona baxdı: "Yaman

yorulmuşam" — dedi və gülümsədi. Onlar alaqaranlıq meydanla çiyinçiyinə

gedirdilər. Bu ilk dəfəydi. Bu qadınla bir yerdə olmaq naminə o

hər şeydən keçərdi.

Avtomobilə minəndə qadın diqqətlə ona baxdı və soruşdu: —

Peşman deyilsiniz ki? O səmimi qəlbdən: — Yox — dedi. Qadın

onun əlini sıxdı və dedi: — Mən də peşman deyiləm, amma…

Qadının sifətinə sanki ay işığı düşmüşdü.

YAĞIŞ

O çarpayıda uzanıb qadınla müxtəlitf şeylərdən söhbət edirdi.

Yataq otağının pəncərələri ardında yağış yağırdı. Güllər bu yağışın

altında yəqin ki, çürüyəcəklər. Qadının sifətinə sanki yenə də ay işığı

düşürdü. Amma qadınla söhbət onu darıxdırırdı. Üzü qoyulu uzanıb

tələsmədən papiros yandırdı və xatırladı ki, yeddi ildir günlərini bu

qadınla keçirir.

"Onu sevirəmmi?" — deyə öz-özündən soruşdu. Həmişə özüözünü

müayinə edə bilirdisə də, hər halda cavab gözlənilməz oldu:

— Hələ də sevirəm.

474

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!