19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

əyin bir azacıq pul qazanmaq cəhdinə tox cənablar harın-harın

gülürdü… Niyə bir az pul qazanmaq istəyirdi bu illərdə Üzeyir bəy,

niyə bu qədər əlləşirdi, çalışırdı, əzab çəkirdi: Yeganə arzusu o idi ki

, böyük külfətini bir təhər təmin edib ozu oxumağa gedə bilsin.

4-cü jurnalist (zarıyır):

—Elə ki, opera çıxdı, drama batdı…

Aparıcı:

—Bu fikrə aid karikatur da var o dövrün mətbuatında.

Ekranda həmin karikatur fonunda Aparıcının kadrarxası səsi:

—Görürsüz operanı qadın kimi təsvir ediblər, Sarabski onun dizi

üstündə oturub. Uçub dağılmış dram teatrının altında qalan isə

Ərəblinskidir. O, qan qusur. Bu karikaturun murdarlığı bir də

ondadır ki, Ərəblinski o vaxt doğrudan da vərəm idi, qan qusurdu,

mualicə olunmağa isə vəsaiti yox idi…

Peterburqa sarı gedən qatar. Aparıcının kadrarxası səsi:

—1913-cü ildə Üzeyir bəy arzusunu həyata keçirə bildi.

Peterburqa oxumağa getdi. Sarabski, Maqomayev, Terequlov

danışdılar ki, bütün mövsüm boyu onun əsərlərini ifa edəcək və

məbləğin yarısını Üzeyirə göndərəcəklər.

Ekranda yazı:

SANKT PETERBURQ 1913

Peterburqun mənzərələri. Üzeyirin kadrarxası səsi:

Peterburq Konservatoriyasının direktoru cənab Qlazunova.

Ali musiqi təhsili almaq məqsədilə məni Konservatoriyaya qəbul

etmənizi xahiş edirəm. Peterburqda qalmağa yerim var, ünvanım:

Yekaterina kanalı, ey 126. Üzeyir Hacıbəyov.

Peterburqda Üzeyirin kirayələdiyi otaq. Üzeyir məktub yazır.

Kadrarxası səsini eşidirik:

—Əzizim Müslüm! Bəli, nəhayət mən Konservatoriyanın

tələbəsiyəm. Harmoniya sinfinə daxil olmuşam. Bir ildən sonra

bəstəkarlıq yaradıcılığı üçün lazım olan hər şeyi biləcəm:

harmoniyanı, kontrapunktu, orkestrləşməni…

Kadr dəyişir. İndi bü məktubu oxuyan Müslümü görürük.

Üzeyirin kadrarxası səsi :

—O zaman səninlə biz daha əsaslı, mütəşəkkil və maraqlı işə

başlaya bilərik. Hər şənbə günü ən yaxşı orkestrləri dinləyirəm və

Konservatoriyanın tələbəsi kimi opera teatrına gedirəm. Sabah

Məleykəylə Qlazunovun idarə etdiyi simfonik konsertə gedəcəyik. .

217

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!