19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Xudayar bəyin evinə, ayıb deyil? Camaat nə deyər?

Vəliqulu:

—Bax, ana, əgər razı olmasan, mən elə günü bu gün evdən çıxıb

gedərəm, sənə də dəxi ana demərəm.

Xudayar:

—Qulaqlarını aç, eşit ay arvad. Qazı kəbini kəsib, nəçənnik

kağıza qol çəkib, möhür də basıb. Hər şey qanunladı. Əgər sən

qanuna məhəl qoymasan, səni zorla məcbur edərlər. Qazıya da,

nəçənnikə də xəbər yollayaram ki, filan övrət qanuni ərinin evində

yaşamaq istəmir, özü də pis yola düşüb. Onda bilirsən nə olar?

—Belə iş tutma, bacı, razı ol.

Vəliqulu:

—Razı ol, vəssəlam.

Xudayar:

—Hə, axır sözün nədi?

Zeynəb pıçıltıyla:

—Razıyam — deyir.

Mirzə Cəlilin Bakıdakı mənzili. Həmidə xanım tikiş tikir, Mirzə

Cəlil yerindən durur və divardan asılmış kamançasını götürüb həzinhəzin

çalmağa başlayır. Həmidə xanım sonsuz kədərlə bu yanıqlı

çalğını dinləyir.

Kəndə fayton gəlir. Faytondan avropasayağı geyinmiş sinli bir

kişi düşür. Bu Rəşid bəydir.

Kənd məktəbinin həyətində Rəşid bəy və Həsənov gəzişirlər.

Tənəffüs vaxtıdır, şagirdlər həyətdə qaçışır, oynayırlar.

Həsənov:

—Sizi əmin edirəm Rəşid bəy, bu kənddə siz bir nəfər də olsun

uşaq tapa bilməzsiz ki, gedib Qori seminariyasında oxuya bilsin.

Hamısı nevejestvennı adamlardı, ataları da, özləri də…

Rəşid bəy:

—Ola bilməz, ola bilməz ki, bu boyda kənddə bir-iki qabiliyyətli

uşaq tapılmasın. İntəhası onları savadlandırmaq lazımdır, onlara bilik

vermək lazımdır.

—Vı rassujdaete abstraktno, a ya imeyu delo s konkretnımi

uçenikami. Neçə vaxtdı, mən dəridən qabıqdan çıxıram ki, bunlara

bir şey öyrədim, heç bir faydası yoxdu. Bu divardı —cəhalət,

165

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!