19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Bir gün Despinə xatunun gətirdiyi şərab çox tünd oldu, Beyrək

içib kefləndi, elə qəbrin yanındaca yıxılıb yatdı: bir də gözünü açıb

başının üstündə dayanmış Despinə xatunu gördü. Qadın dəhşətdən

bərəlmiş gözlərini onun sifətinə dikmişdi. Beyrək gördü ki, qadının

qorxudan bağrı çatlayacaq, odur ki, tələsik: — Qorxma xanım, —

dedi, — mən ölü deyiləm, diriyəm, adamam, ərin xaqanın əsiri

Bamsı Beyrəyəm.

Despinə xatun ətrafa səpələnmiş toyuq sümüklərini, boş bardağı

gördü və hər şeyi başa düşdü.

—Babamın payını sən yeyirsən? — dedi.

Beyrək:

—Bəli, — dedi, — xanım, mən yeyirəm.

Despinə xatun məyus-məyus:

—Çoxdan? — dedi.

—Sən bişirməyə başlayan gündən. Qadının elə bədbəxt görkəmi

vardı ki, Beyrəyin ona yazığı gəldi:

—Xanım, dedi, — baban özü yeməkləri mənə verir, deyir

qocayam, dişim yoxdur, şərab da içmirəm. Amma balı, qaymağı

həmişə yeyir.

Despinə xatun bir az özünə gəldi:

—Yenə insaflı adamsanmış, — dedi, — hamısını tutub əlindən

almırsan! Düzünü de, dünya harda yaxşıdır, burda ya yer üzündə?

Beyrək:

—Niyə, bura da pis deyil, — dedi, sonra qəbirləri göstərdi. —

Bunlar da mənə yaxşı qulluq edirlər. Biri paltarımı yuyur, biri məni

çimizdirir, biri belində gəzdirir.

Beyrək danışdıqca Despinə bir-bir qəbirlərə baxır:

—Vay, paltarı xalam yuyur, dayım çimizdirir? — deyə

həyacanlanırdı.

—Yoxsa ay oğlan, səni belində gəzdirən mənim qoca nənəmdir?

Beyrək:

—Bə nə? — dedi, — ölülərinizdə ondan yorğası yoxdur. Çox

vaxt ona minirəm.

Despinə xatun başına döyməyə başladı:

—Vay, sənin boynun sınsın, — dedi, — sizlərin əlindən nə yer

üzündə dirimiz, nə yer altda ölümüz qurtuldu. Despinə xatun qaçaqaça

birbaş xaqanın hüzuruna gəldi. — Kərəm elə, ulu xaqan, —

dedi. — O oğuzu quyudan çıxar. Nənəciyəzimin belini üzəcək. Yer

89

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!